Məhkəmə qərarları › İş №2(049)-2803/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2803/2025

23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2803/2025 23.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi:X15, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 31 yanvar 1963-cü il ildə doğulmuş qardaşı X3 20 iyul 1995-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Onun atası X12 xx.xx.1981-ci il tarixdə anası X2 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdirlər. Valideynləri nikah münasibətinə daxil olaraq ailə qurub altı uşaqları doğulmuşdur. Mərhum qardaşı X13 xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və Lənkəran şəhər “Böyük bazar” qəbristanlığda dəfn olunmuşdur. Qardaşı vəfat edərkən hüzr mərasiminə olduqları üçün və hüquqi savadımız olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o sosial yardım almaq üçün müraciət etmiş, müraciətinə görə elektron sistemdə vəfat etmiş qardaşının adı çıxır və ona görədə qardaşının ölüm şəhadətnaməsini istəyirlər. Əlavə olaraq yaşadıqları valideyinlərinə məxsus olan fərdi yaşayış evinində sənədlərini istəyirlər. Valideyinlərinə məxsus olan evi sənədləşdirmək üçün vərəsəlik işlərini görülməsi ilə bağlı müvafiq sənədləri toplayandan sonra, qardaşı X3 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində qardaşı X13 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə edilmiş. Ona görə də o qardaşı X3 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir.Ölüm faktının qeyd olunması ona sosial müavinət almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır Mərhum da onun qardaşı olmuş və mərhum xx.xx.1995-ci ildə tarixdə özünü asmışdır. və mərhumu Lənkəran rayon Böyük Bazar qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, ərizəçi onun qonşsudur. Mərhum da onunla qonşu olmuş və xx.xx.1995-ci ildə tarixdə özünü asmışdır. Mərhumu Lənkəran rayon Böyük bazar qəbristanlığında dəfn etmişlər. Mərhumun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Maraqlı şəxs verdiyi arayışdan görünür ki, xx.xx.1963-cü il tarixdə X8 doğulmuşdur. X1, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Lənkəran rayonunda doğulmuş X1 anası X4r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 305972 seriyalı nikah şəhadətnaməsindən görünür ki, X9 ilə X5 ilə xx.xx.1958-ci il tarixdə Lənkəran İcraiyyə komitəsi VVAQ birosunda 63 sayla nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada, İsmayılova ərə İsmayılov soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 01 iyul 2025-ci il tarixli, 597/2025 nömrəli məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 03 iyul 2025-ci il tarixli, 206/02 nömrəli Lənkəran rayon bələdiyyəsinin arayışından görünür ki, X13 xx.xx.1995-ci il tarixdə Lənkəran Rayon “Böyük bazar” qəbristanlığında dəfn edilmişdir. İş materiallarına mərhum X3 qəbrinin fotoşəkili əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X13 31 yanvar 1963-cü ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X3 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7m 20 iyul 1995-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 yanvar 1963-cü il tarixdə doğulmuş X3 20 iyul 1995-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar