Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2806/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X16 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, X1nın iştirakı ilə, X1nın «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş sabiq əri X6 ölüm faktının təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X13 ilə xx.xx.2014-cü ildə nigaha daxil olmuş və birgə nigahlarından xx.xx.2015-ci ildə qızıları X9 doğulmuşdur. Mərhum ərinin buraxdığı səhvlər və xasiyyətlərindəki uyğunsuzluq ailənin dağılmasına səbəb olmuşdur. xx.xx.2024-cü ildə Lənkəran Məhkəməsinin 2 (049) 657/2024 saylı qətnaməsi ilə nigahları pozulmuş və hazırda valideynlərinin yanında uşağı ilə birlikdə yaşayır. 03 iyun 2024-cü il tarixində eşidib ki, Rüstəmov Rahim yaşadığı evdə ölmüşdür. Həmən gün Təcili və X8 şöbəsindən gələn əməkdaşlar da hadisə yerinə gələndə xəstə artıq keçinmişdir. Mərhum adəti üzrə Böyük bazar qəbristanlığmda dəfn olunmuşdur. Hadisənin baş verməsindən 10 gündən artıq keçməsinə görə onlara ölüm haqqında şəhadətnamə verilmədi. Bildirildi ki, ölüm faktını məhkəmə müəyyən edir. Bu səbəbdən məhkəməyə təqdim etmək üçün bəzi sənədləri topladılar. Belə ki, Şilavar kənd bələdiyyəsinin verdiyi arayışdan aydm görünür ki, mərhum X13 3 iyun 2024-cü ildə vəfat etmiş və Lənkəran rayonun Şilavar kənd qəbristanlığmda dəfn edilmişdir. O, mərhum əri X10 Lənkəran qeydiyyat şöbəsindən “Ölüm haqqında şəhadətnamə” almaq üçün müraciət etdik də, ona 25 iyul 2024-cü il tarixli 3-16-5/8-10-825/2024 sayl arayışla imtina verilib və arayışda qeyd edilib ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında X1 ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarına əlavə edilmiş Təcili və X8 Şöbəsinin xəbərdarlıq vərəqindən görünür ki, onlar çağırış yerinə çatanda X13 artıq keçinmişdir. Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilən arayışdan görünür ki, mərhum Rahim Rüstəmov mərkəzdə qeydiyyatda olmamış və sahə terapevtinə müraciət etməmişdir. Ölüm hadisəsinin baş verməsindən 10 gündən çox keçməsinə görə ölüm haqqında həkim arayışı verilməmiş və ölüm faktının məhəmə tərəfindən təyin edildiyi bildrilmişdir. Lənkəran rayonu Şiləvar bələdiyyəsinin verdiyi xx.xx.2024-cü il tarixli 172 saylı arayışdan görünür ki, Rahim Rüstəmov xx.xx.2024-cü il tarixində vəfat etmiş və Şiləvar kənd qəbirstanlığında dəfn edilmişdir. X5 ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabından görünür ki, X2 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. ünvan ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabından görünür ki, X7 xx.xx.2024-cü ilə aid ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar olunmamış və belə olan halda faktın müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid X11 bildirdi ki, Aydan onun baldızı, həmçinin mərhum Rahim Rüstəmovun arvadıdır. Rahim 2024-cü ildə vəfat edib və Şiləvar ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X19, şahid X3 ifadəsində uyğun məzmunlu ifadə verərək Aydanın xalası nəvəsi olduğunu, Rahim Rüstəmova ərə getdiyini, həmçinin Rahimin xx.xx.2024-cü il tarixdə vəfat etdiyi və Şiləvar kənd qəbirstanlığında dəfn edildiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki X7 03 iyun 2024-cü il tarixdə Lənkəran rayonunda ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Aydan Rüstəmovanın ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X7 03 iyun 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X7 03 iyun 2024-cü il tarixdə Lənkəran şəhəri, A. Mahmudov küçəsi, ev 48-də ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-2806/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2806/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver