Məhkəmə qərarları › İş №2(049)-2841/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2841/2025

15.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2841/2025 15.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞL/MT014/2025-00714 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2014cü il tarixdə anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 2 uşaq üçün 160 manat dpvlət rüsumunu və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alıınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə də riayət etməyərək, məhkəməyə iddia verilməsi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, idda ərizəsinin xahiş edirəm hissəsində iddiaçı 100 manat dövlət rüsumunun da qaytarılmasını xahiş etsə də, lakin ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi 60 manat mediasiya xərci ödəmişdir. Lakin hazırki iddianın qiymətləndirilməyən iddia olmasını nəzərə alaraq iddiaçı tərəfindən ümumilikdə 100 manat ödəniş aparılmalı idi. Göründüyü kimi iddaçı tərəfindən lazimi məbləğdə ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, AR MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, AR MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. AR MPM-in 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə iddiaçının eyni məzmunlu əvvəlki ərizəsinin də geri qaytarıldığını nəzərə alaraq onun nəzərinə aşağıdakıları çatdırmağı zəruri hesab edir. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Ərizəçiyə qərardadın məmununda göstərilmiş məhkəmə təcrübəsində formalaşmış halları nəzərə alması xahiş olunur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar