Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2854/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - Ərizəçi hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə 25 iyul 2023-cü il tarixində Lənkəran şəhərində baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1898-ci ildə doğulmuş atası X2 xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəçi ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə imzalanmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, ərizəçi və ya onun buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, ərizəçinin məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə imzalanmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Onu da qeyd edim ki, ərizəçi, X2 onun atası olduğunu göstərsə də, bu faktı təsdiqləyən doğumu haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətini ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-269cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Həmin ərizəyə əlavə edilmiş sənədlər isə qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ərizəçi izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-2854/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2854/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver