Məhkəmə qərarları › İş №2(049)-2871/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2871/2024

12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2871/2024 12.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2 - Ərizəçi1 və qeyrisinin hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə 12 avqust 2023-cü il tarixində Lənkəran şəhərində baxaraq müəyyən etdim: Ərizəçi1 və qeyrisi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1938-ci ildə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndundə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəçi1 və qeyrisinın ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə igeri qaytarılmalıdır. Belə ki, ilk əvvəl qeyd edilməlidir ki, ərizəçinin və digərinin həmin ərizənin verilməsi üçün subyektiv hüquqlarının olub-olmamasını müəyyən etmək üçün onların ölmüş şəxslə qohumluq münasibətlərində olub-olmadıqları müəyyən edilməlidir. Ərizəçi ölmüş şəxsin onun anası olduğunu və sonuncunun soyadının “Nəcəfova” olduğunu göstərsə də, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında anasının soyadı “Zülfüqarova” kimi qeyd edilmişdir. O cümlədən də, digər ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında da anasının soyadı “Zülfüqarova” kimi qeyd edilmişdir. Buna görə də həmin subyektiv hüququn yaranması üçün ərizəçilərə münasibətdə ilk əvvəl X1 onların anaları olması faktı - yəni qohumluq faktının müəyyən olunması zəruridir. Qeyd edilməlidir ki, hətta qeyd olunan nöqsan olmasaydı belə, ərizə yenə də geri qaytarılacaqdı. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçi ərizəsinə Qumbaşı Tibb Məntəqəsinin məzmunu məlum olmayan bir arayışı əlavə etmişdir. Yuxarıda qeyd olunmuş 9.2-ci bənddən göründüyü kimi, ərizəçi tibb məhtəqəsinin hər hansı bir arayışını deyil, məhz “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət etdiyini və həmin şəhadətnamənin hansı səbəblərdən ala bilməməsini təsdiqləyən sübutunu (arayışını) ərizəsinə əlavə etməlidir. Ərizəçi ərizəsində mərhumların ölümü ilə bağlı tibbi sənədin (şəhadətnamənin) alınması üçün müvafiq ambulator tibb müəssisəsinə müraciət etməsini, onların ölümü haqqında tibbi şəhadətnaməni ala bilməməsini təsdiq edən sübutlarını ərizəsinə əlavə etməmişdir. Halbuki, məhkəməyə ərizəçi o halda müraciət etməlidir ki, o, əvvəl ambulator tibb müəssisəsinə müraciət etmiş olsun, həmin tibbi sənədi (şəhadətnaməni) ambulator tibb müəssisəsindən ala bilməsin və onu ala bilməməsinin təsdiqləyən sübutunu ərizəsinə əlavə etsin. Mərhumların ölümü ambulator tibb müəssisəsində qeydiyyata alınmamışdırsa, bu barədə də ambulator tibb müəssisəsinin arayışı ərizəyə əlavə edilməlidir. Hesab edirəm ki, Ərizəçi1 və qeyrisi mərhumun ölüm faktının müəyyən edilməsi məqsədilə onlara lazım olan (tibbi şəhadətnaməni) sənədi ala bilməmələrini təsdiq edən sübutları ərizələrinə əlavə etmədiklərindən, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılmalı və onlara Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da onlara qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi1 və qeyrisinın hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi, ona əlavə edilmiş sənədlər, eləcə də xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçi1 və qeyrisinə izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilərlər. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar