Məhkəmə qərarları › İş №2(049)-2879/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2879/2023

02.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2879/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01676 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 az yaşlı uşaqlar anaları Ərizəçi yanında saxlanılsın və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa görə 80 manat, üç nəfər uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınıb Ərizəçi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı mediasiyaya müraciət edib. Əli ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01676 saylı barışıq sazişi imzalıyıblar. Barışıq sazişinə görə Maraqlı şəxs ilə faktiki nikahlarından anadan olmuş xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 anaları Ərizəçi yanında saxlanılsın və hər ay hər bir uşağa görə 80 manat olmaqla, üç uşağa görə cəmi 240 manat aliment pulunu birinci tərəf Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir yəni aliment ödəmir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01676 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, o barışıq sazişi əsasında müəyyən edilmiş aliment məbləğini ödəyəcəkdir, lakin maddi imkanı olmadığı üçün saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01676 saylı saylı barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları Ərizəçi yanında saxlanılır. İkinci tərəf Maraqlı şəxs bu Sazişi imzaladıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, cəmi 240 manat aliment pulunu birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Lənkəran rayonu Liman şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu Liman şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağayeva X2 rayon Ürgə kəndində yaşayır. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Nağıyev X3 rayon Ürgə kəndində yaşayır. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış Maraqlı şəxs onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ödəməsi barədə xx.xx.2023cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar