Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2909/2025 09.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 mart 1990-cı ildə anadan olmuş X4nın 07 avqust 2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1987-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Mərhum X4 19 mart 1990-cı il tarixdə anadan olmuşdur. X4 26 yaşında olanda gözəllik salonuna getmiş orada qaşların döymə (tatu) etdirdikdən sonra evə gəlmişdir. Evə gəldikdən sonra baş ağrıları olmuşdur. Növbəti gün həkimə müayinəyə aparıblar, həkim də heç nə yoxdur baş ağrıdır, bir azda miqreninin olduğunu və keçib gedəcəyini demişdir. Lakin bu baş ağrısı həmin günü də keçmədiyindən səhəri gün bacısını Bakıya digər həkimə yoxlanışa aparan zaman 07 avqust 2016-cı il tarixdə maşında bacısının qəfildən halı pisləmiş, elə yerindəcə dünyasını dəyişmişdir. Bacısı elə həmin gün, yəni 07 avqust 2016-cı il tarixində də Lənkəran rayonu, Göyşaban kənd qəbristanlığında nənəsi (anasının anası) X8 yanında dəfn olunmuşdur. Bacısının qəfil ölümü ailələrinə şok, sarsıntı yaşatdığından və başları hüzn mərasiminə qarışdığından onun ölüm haqqında şəhadətnaməsini götürməyiblər, həmçinin həmin vaxtlarda bacısının şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməsini hara qoyduqlarını xatırlaya bilmirlər. Hazırda onun ölüm haqqında şəhadətnaməsi onlara yaşadıqları evin sənədləşməsindən ötrü lazımdır. Sənədləşmə işində müvafiq sənədləri toplayarkən onun ölüm şəhadətnaməsi lazım olduğundan X4nın ölüm faktının qeyd olunması barədə şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət ediblər. Maraqlı şəxs arxivində X4 barədə ölüm akt qeydiyyatı aşkar olunmayıb və bu barədə onlara arayış verilib. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməklərini tövsiyyə ediblər. Həmçinin, məhkəməyə müraciət etməkləri üçün də onlardan bacısının doğum haqqında arayışını da istədikdə onlar ərizəçiyə onu verə bilməyəcəklərini lakin məhkəməyə sorğu əsasında cavab verə biləcəklərini bildiriblər. Ona görə də ərizəçi, X4nın ölüm faktını müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Xİİ-JQ seriyalı, 385010 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il təvəllüdlüdür, anası – X9, atası – X10r. Lənkəran rayonu, Göyşaban kənd inzibati ərazi dairəsi nümayəndəliyinin xx.xx.2019cu il tarixli arayışdan görünür ki, X5 övladı - Lənkəran rayonu, Göyşaban kənd sakini X1 qəbristanlığında dəfn olunmuşdur. 014-İ “e” nömrəli tələbə biletinin surətindən görünür ki, X11 xx.xx.2007-ci il tarixdə X15 Kollecinə əyani təlim forması üzrə daxil olmuşdur. Sübut kimi məhkəməyə təqdim edilmiş qəbirüstü abidənin fotoşəklində: “X11”, “xx.xx.1990 – xx.xx.2016” qeyd edilmişdir. Maraqlı şəxs 24 may 2025-ci il tarixli, 3-16-5/8-10-475/2025 nömrəli məktubuna əsasən, X7 xx.xx.2016-cı ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Eyni zamanda bildiriri ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda.ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun xalası Şaminənin qızıdır. X3 doğma bacısı olmuşdur. Vəfa 2016-cı ildə vəfat etmişdir. Vəfa qohumların və qonşuların iştirakı ilə Göyşaban kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfa heç kəslə nikahda olmamışdır və övladı olmuşdur. Vəfa anası Şaminə və bacısı Aqilə ilə birlikdə yaşamışdır. Onun baş ağrısından vəfat etdiyini bilmişdir. Vəfanın heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iş üzrə şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X7 xx.xx.2016-cı il tarixində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı ildə Lənkəran rayonunda doğulmuş X7 xx.xx.2016-cı il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2909/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2909/2025
09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver