Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2932/2025 21.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim: Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi: X8, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi̇ : Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək 21 noyabr 1964-cü il tarixdə doğulmuş arvadı X2 26 may 2024-cü il tarixdə Şirvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Ərizə onunla əsaslandırımışdır ki, ərizəçi Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuş, hazırda da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. 28 oktyabr 1983-cü il tarixdə Şirvan şəhərində yaşayan bibisi qızı X3 ilə nikahı Lənkəran rayonu Gərmətük qəsəbə sovetində 74 nömrə ilə qeydiyyata alınmaqla ailə qurmuşdur. Həmin nikahdan 3 övladı anadan olmuşdur. Arvadı Zəkiyyə nikaha daxil olduqdan sonra onun soyadını, yəni Bağırova soyadını qəbul etmişdir. Zəkiyyə Bağırova 21 noyabr 1964-cü il tarixdə anadan olmuşdur. O, 20 may 2024-cü il tarixdə Şirvan şəhərində yaşayan bacısının evinə qonaq getmiş və orada 26 may 2024-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Belə ki, həyat yoldaşı uzun illərdir ki, onkoloji xəstə olmaqla bundan başqa ürəyinə stend qoydurmuş, hipertoniya və şəkər xəstəliyi də var idi. Mərhum arvadının Şirvan şəhərində 26 may 2024-cü il tarixdə vəfat etməsi «Respublika Təcili və X5 Mərkəzi» Publik Hüquqi şəxsin Şirvan TTTÜS-nin 22 avqust 2024-cü il tarixli 218 nömrəli xəbərdarlıq vərəqəsi ilə də təsdiq edilmişdir. X10 vəfat etdikdən sonra Lənkəran rayonu Gərmətük qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Göstərilən halı Ləkəran rayonu Gərmətük bələdiyyəsinin 18 iyul 2025- ci il tarixli 84 nömrəli arayışı da təsdiq edir. Bildirmək istəyir ki, onun və digər ailə üzvlərinin başı qarışdığından və eləcə də qanunun tələbini başa düşmədiyindən onlar onun ölüm faktını VVADQ orqanlarında qeyd etdirməmişlər. Bu səbəbdən də mərhum arvadının ölüm şəhadətnaməsini almamışlar. Vərəsəlik məsələlərini həll etməkdən ötrü hazırda mərhum arvadının ölümü haqqında şəhadətnamənin alınması zərurəti meydana çıxmışdır. Bununla əlaqədar olaraq o, ilk olaraq aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət edərək arvadı X1 ölüm faktını təstiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs arxivində mərhum arvadının ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona 18 iyul 2025-ci il tarixdə 3-16-5/8-10- 645/2025 nömrəli məktub verilərək mərhum arvadının ölümü haqqında akt qeydinin Maraqlı şəxs arxivində aşkar olunmadığı qeyd edilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraçiət etmişdir. Məhkəmə hazırlıq iclasında əriəçi Ərizəçi ərziəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizəni, ərizəçinin izahatını və ərizəyə əlavə edilmiş sənədləri araşdırıaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, əsas tələb mülki deyil, inzibati xarakterlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı ərizəyə əlavə edilmiş Respublika Təcili və X5 Mərkəzi» Publik Hüquqi şəxsin Şirvan TTTÜS-nin 22 avqust 2024-cü il tarixli 218 nömrəli xəbərdarlıq vərəqəsində X2 Şirvan şəhərində 26 may 2024-cü il tarixdə vəfat etməsi göstərilmişdir. Göründüyü kimi, artıq 21 noyabr 1964-cü il tarixdə doğulmuş arvadı X2 11 Şirvan şəhərində 26 may 2024-cü il tarixdə ölməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, belə olan halda, yəni artıq şəxsin ölməsi faktı müəyyən edildiyindən həmin ölüm faktının qeydiyyata alınması ilə bağlı müvafiq qeydiyyat orqanına müraciət edilməli və bundan imtina olunduqdan müvafiq olaraq inzibati məhkəməyə müraciət edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşliq vəziyyəti aktlarinin qeydiyyati kitablarinda (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparilmasindan imtina olunmasi və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağli verilən iddialara inzibati məhkəmə icraati qaydasinda baxilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçiya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçi izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçi inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2932/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2932/2025
21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver