Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-298/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X15 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi İskəndər oğlunun nüsmayəndəsi Nümayəndə İskəndər qızının iştirakı ilə, Ərizəçi İskəndər oğlunun Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İskəndər oğlu Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1979-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur və hazırda Lənkəran şəhəri, Qala Xiyabanı, 13 ünvanında yaşayır. X1 onun atadan bir, anadan ayrı bacısıdır. X17 xx.xx.1959-cu ildə anadan olmuş və 16 iyul 1959-ci il tarixdə vəfat evdə xəstəlikdən vəfat etmiş və Lənkəran rayonu, Haftoni qəsbəsində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Bacısı Cəmilə vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. O bacısının ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbənin arxivində ölüm akt qeydiyyatı aşkar olunmadığı bildirilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də bacısı Cəmilənin ölüm faktını müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması onlara vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, ərizəçi məhkəmədən X2 16 iyul 1959-cu il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi İskəndər oğlunun nümayəndəsi Nümayəndə İskəndər qızı ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əri əvvələr başqa nikahda olmuş və həmin nikahdan 1959-cu ilin yazında Cəmiolə adında qız uşağı anadan olmuş və həmin ilin yayında vəfat etmişdir. Özü də həmin kənddə yaşamış və Cəmilə Lənkəran rayonu, Haftoni qəsbəsində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Sonradan əri onunla ailə həyatı qurmuş və ərizəçi də onların birgə ailə münasibətlərindən doğulmuşdur. Mərhum Cəmilə ilə ərizəçi atadan bir, anadan isə ayrı bacı və qardaşdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Tağıyev X7 rayonu, Xurşud kəndində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi İskəndər oğlu xx.xx.1962-ci il tarixdə anadan olmuş və “Ata” qrafasında ”X10” qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1959-cu il tarixdə anadan olmuş və “Ata” qrafasında ”X10” qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X2 1956- 1962-ci illər üzrə ölməsi faktı Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixədək aparılmış məlumatlara əsasən onun ailə üzvləri kimi, arvadı Nümayəndə Ağaxasn qızı, oğlu Ərizəçi İskəndər oğlu, qızıX9 və xx.xx.2014-cu il tarixdə vəfat etmiş arvadı X11 göstərilmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020- ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahidlər X6 və X13 ayrı-ayrılıqda Lənkəran rayonu, Haftoni qəsbəsində yaçadıqlarını, X2 1959-cu ilin yay aylarında tarixdə Lənkəran rayonu, Haftoni kəndində vəfat etməsi və həmin kənddə körpə ikən dəfn olunduğunu təsdiq etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1959-cu ildə anadan olmuş X9 16 iyul 1959-cu il tarixdə Lənkəran rayonu, Haftoni kəndində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin n 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni 10 mart 1959cu il tarixdə anadan olmuş X3 16 iyul 1959-cu il tarixdə Lənkəran rayonu, Haftoni kəndində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi İskəndər oğlunın Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. xx.xx.1959-cu il il tarixdə anadan olmuş X3 16 iyul 1959-cu il tarixdə Lənkəran rayonu, Haftoni kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-298/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-298/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver