Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2985/2023 11.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya Prosesində aralarında bağladıqları MŞL-01146 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılığa gələrək MŞL-01146 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs ilə xx.xx.2003-cü il tarixdə aramızda bağlanmış nikahın davam etdirilməsinə razı olduq. Daha sonra birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında saxlanılması ilə bağlı razılığa gəlmişlər. Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 150 manat alimentin ona ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan başqa Maraqlı şəxs 150 manatdan əlavə hər ay 2 dəfədən az olmayaraq uşaqların -xx.xx.2002-ci il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 zəruri qida və şəxsi geyim əşyaları ilə təmin edəcəyini öhdəsinə götürmüşdür. Lakin, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs xx.xx.2002-ci il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 zəruri qida və şəxsi geyim əşyaları ilə təmin etməmişdir. Yalnız xx.xx.2013-cü il təvəllüdlü X2 alimentini ödəmişdir, onu da 150 manatı birdəfəlik deyil, qəsdən hissə-hissə ödəmişdir. Bununla belə onun 150 manat alimenti hissə- hissə ödəməsi ilə də razılaşmışdır. Son 3 ayda Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X7 üçün öhdəsinə götürdüyü 150 manat alimenti ödəmir və barışıq sazişin şərtlərini pozub əməl etmir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağladığı MŞL-01146 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizə tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında iştrak edərək, izahatında bildirdi ki, alimenti ödəməməsinin səbəbi madddi imkansızlığı ilə əlaqədar olmuşdur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 iyul 2013-cü il təvəllüdlüdür. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli, MŞL-01146 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi ilə (ikinci) Maraqlı şəxs arasında barışıq sazişi imzalandıqdan sonra 24 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 150 (yüz əlli) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 29 oktyabr 2022-ci il tarixli, MŞL-01146 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 29 oktyabr 2022-ci il tarixdən başlayaraq 24 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2985/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2985/2023
11.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver