Məhkəmə qərarları › İş №2(049)-3027/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3027/2023

16.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3027/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsi hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 21 may 2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-00144 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21 may 2022-ci il tarixdə X1 iştirakı ilə Maraqlı şəxs ilə birgə nikahdan olan 17 mart 2013-cü ildə doğulmuş X5, 24 fevral 2014-cü ildə doğulmuş X6 və 02 avqust 2016-cı ildə doğulmuş X7 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, hər ay hər bir uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq onun xeyirinə ödənilməsi barədə MŞL-00144 nömrəli barışıq sazişi imzalamışdır. Barışıq sazişinin 2.1.4-cü bəndinə əsasən Maraqlı şəxs aylıq müəyyən edilmiş aliment məbləğini hər ayın birində nəğd, poçt və ya bank köçürməsi yolu ilə ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh barışıq sazişi üzrə üzərinə görürdüyü öhdəliyi könüllü şəkildə icra etməməklə barışıq sazişinin şərtlərini pozmuşdur. O, heç bır yerdə işləmədiyinə görə azyaşlı uşaqlarının maddi təminatını ödəyə bilmir. Cavabdeh isə barışıq sazişinin şərtlərinə əməl etmir. Qeyd edilənləri nəzərə alaraq Maraqlı şəxsla aralarında 21 may 2022-ci tarixdə mediasiya prosesində bağlanmış MŞL-00144 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək himayəsində azyaşlı uşağın olması səbəbi ilə məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasnı və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı X3 21 may 2022-ci il tarixli, MŞL-00144 saylı barışıq sazişindən məlum olur ki, Maraqlı şəxs 17 mart 2013-cü ildə doğulmuş X5, 24 fevral 2014-cü ildə doğulmuş X6 və 02 avqust 2016-cı ildə doğulmuş X7 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın 01-dən nağd və ya bank köçürməsi yolu ilə hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat aliment pulunu X4 ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən sazişin birinci tərəfi 07 avqust 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Masallıl şəhərində rəsmiləşdirilmiş 21 may 2022-ci il tarixli, MŞL-00144 nömrəli barışıq sazişi təsdiq edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə mini X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar