Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3032/2025 12.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X26 Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, ərizəçi X11 iştirakı ilə, ərizəçi X11 «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X20 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X13 16 mart 2004-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 1980-ci ildə dünyaya gəlmişdir. X4 16 mart 2004-cü il tarixdə Lənkəran rayonu. Hirkan qəsəbəsində yerləşən evində vəfat elmişdir. 16 mart 2004-eü il tarixdə Lənkəran rayonu. Hirkan qəsəbəsində yerləşən qəbirstanlığında dəfn ediblər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşməklə qəbirüstü abidədə də onun ölüm tarixi 16 mart 2004-cü il qeyd edilmişdir. X3 ölüm faktını məhkəmənin hazırlıq iclasında şəxsiyyət vəsiqələrinin surətlərini təqdim edəcəyləri şahidləri də təsdiq edəcəklər. Bundan əlavə ölüm faktını müvafiq icra hakimiyyəti orqanından alınmış arayış da təsdiq edə bilər. X6 vəfat edərkən Qanunun tələbini başa düşmədiyidən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməyib. Hazırda vərəsəlik hüquqlarımın həyata keçirilməsi ilə bağlı mərhum X3 ölüm şəhadətnaməsi tələb olunur. Lakin. X3 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək X2 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş edib. Lakin, Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona 08 iyul 2025-ci il tarixli. 3-16-5/8-10-612/2025 nömrəli məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından o hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi X20 ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirmişdir ki, mərhum X24 onun sinif yoldaşıdır. Mərhumla səmimi yoldaşlıq münasibətləri olmuşdur. Mərhum 2004-cü ilin mart ayında Gərmətük kəndi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Mərhumun atası Fayaz onların müəllimi olmuşdur. X13 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu Hirkan qəsəbəsində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, mərhum X24 onun dostu olmuşdur. Mərhum xx.xx.2004-cü il tarixdə çərşəmbə bayramı günü Gərmətük kəndi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Həmin zaman mərhum başqa kəndçilərinin avtomobilində qəzaya düşmüş, hadisədən sonra xəstəxanaya aparılmış və orada vəfat etmişdir. Mərhumun meyitinin yuyulmasında şəxsən iştirak etmişdir. X13 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu Hirkan qəsəbəsində ölməsi faktını təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Hirkan-Xanbulan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Lənkəran rayonu Hirkan qəsəbə sakini mərhum X25 xx.xx.2024-cü il tarixində vəfat etmişdir və Hirkan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-240 kod 80203016 №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X7, X18, X21 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxx 1973-cü il tarixdə Lənkəran rayonu Avrora qəsəbəsində doğulmuşdur. X1, atası X15r. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X13 2004-cü il mart ayının 16-da Lənkəran rayonun Hirkan qəsəbəsində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçiərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 1980-ci il təvəllüdlü Lənkəran rayonu Hirkan qəsəbəsində doğulmuş X13 16 mart 2004-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1980-ci ildə Lənkəran rayonu Hirkan qəsəbəsində doğulmuş X13 16 mart 2004-cü il tarixdə Lənkəran rayonu Hirkan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3032/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3032/2025
12.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver