Məhkəmə qərarları › İş №2(049)-3037/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3037/2023

18.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3037/2023 18.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində aralarında bağladıqları MŞL-MT014/2023-006515 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü, X6 və xx.xx.2015-cı il təvəllüdlü X1 üçün hər birinə 175 manat olmaqla, iki uşağa görə cəmi 350 (üçüz əli ) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixdə qeyri rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü ildə X9 və 12.1 1.2015-ci ildə X3 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətiləri düz gəlmədiyindən ayrılmışılar. Ayrıİdıqdan sonra Elşad uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığmdan alimentin ödənilməsi ilə bağlı mediasiya müraciət etdib. Maraqlı şəxslə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00615 saylı barışıq sazişi imzalayıb. Cavabdehin başqa yerdən qeyri rəsmi gəlirləri olduğundan onunla barışıq sazişi bağlayan vaxt belə razılaşıblar ki. Maraqlı şəxs uşaqların saxlanılması hər ay bir uşağa görə 175 manat, iki uşağa görə cəmi 350 manat alimenti ona ödəyəçəkdir. Lakin Elşad barışıq sazişi imzaladığımı vaxtdan bu günə kimi sazişi tam icra etməkdən yayınır, bəzən 100 manat bəzən 50 manat ödəyib. Maraqlı şəxs əlaqə saxlayanda da bildirir ki, imkanı yoxdur o, heç nə ödəməyəcək. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-eü ildə mediasiya prosesində saylı MŞL/MT014 014 2023-00615 barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 175 manat iki uşağa görə cəmi 350 manat alimentin ondan alınıb Ərizəçi verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizə tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il təvəllüdlüdür. Atası - Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il təvəllüdlüdür. Atası - Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞL/MT014 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi ilə (ikinci) Maraqlı şəxs arasında barışıq sazişi imzalandıqdan sonra xx.xx.2014-ci il təvəllüdlü X9, xx.xx.2015-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa hər ay 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcəkdir. Alimentin köçürülməsi hər ayın 28-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 28-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL-MT014/2023-006515 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2023-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 175 manat olmaqla, ümumilikdə isə 2 (iki) uşağa görə 350 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar