Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-306/2024 01.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: TƏSVİR HİSSƏ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixində doğulmuş qızı X1 ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, O, xx.xx.2008-ci il təvəllüdlü qızı X4 ilə xx.xx.2023-cü il tarixdə istirahət məqsədilə, Lənkəran rayonun Şürük kəndinə nənəsigilə gəlmişdir. xx.xx.2023-cü il tarixində, qızı Aysu xalası qızı X7 ilə birlikdə Xəzər dənizinin Lənkəran rayonun Sütəmurdov kəndi ərazisinə düşən hissəsində çimərkən, dənizin daha dərinliyinə gedərək itkin düşmüşdür. Fövqalada Hallar Nazirliyin Xilasedici qüvvələrinin axtarışları nəticəsində onun onu kəndin qəbristanlıgında dəfn etmişlər. Sonra onlara mərhumun ölüm şəhadətnaməsi lazım olmuş, lakin ala bilməmişlər. Bununla bağlı 1 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsələr də, onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmiş və həmin faktın vərəsəliyə görə lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verib, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 noyabr 2008-ci il tarixdə anadan olmuş və “Ata” qrafasında ”X2”, ana qrafasında isə ərizəçi “Ərizəçi” qeyd edilmişdir. İş materiallarında olan “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X5 şöbəsinin xəbərdarlıq vərəqəsindəki qeydlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:02 dəqiqədə 2008-ci il təvəllüdlü X1 Lənkəran şəhəri, Beluqa çimərliyində sudaboğulma nəticəsində meyidi aşkar olunmuşdur. İş materiallarında olan Lənkəran ŞİHB-nin X11 Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür X4 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, “Beluqa” çimərliyində boğulmiş və Lənkəran rayonu, Kosalar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, X1 ölümündə kimsənin qəsdi və ya ehtiyatsızlığı olmadığından toplanmış material üsrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan fotoşəkildəki baş daşının əksindən görünür ki, baş daşın üzərində “X4 xx.xx.2008- xx.xx.2023-cü il...” yazılmışdır. İş materiallarında olan 1 Saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyindən ərizənin təmin edilməsi mümkün olmamış və ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında şahid X7 hadisə günü xalası qızı Aysu ilə Palıdlı Sahil tərəfdə dənizə gedərək 1 saata yaxın çimdikdən sonra qəflətən boşluğa düşdüklərini, bu zaman Aysunun boğulduğunu görərək kömək çağırdığını və həmin vaxt özünün bir nəfər tərəfindən xilas edildiyini bildirdi. Daha sonra təcili tibbi yardımla o, xəstəxanaya aparılmış, lakin Aysunun sudan çıxdığını görməmişdir. Məhkəmə iclasında digər şahid Tamerlan Kazımzadə bildirdi ki, ərizəçini şəxsən tanımır və özü təcili tibbi yardım şöbəsinin əməkdaşıdır. 8 avqust 2023-cü il tarxidə Palıdlı sahil adlı çimərlikdə sudaboğulma ilə bağlı çağırışa getmiş və orada 14-15 yaşlı arıq bir qızın suda boğulduğunu və onun morqa göndərildiyini görmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2008-ci ildə anadan olmuş X4 08 avqust 2023-cü il tarixdə Lənkəran rayonunda, dənizdə boğularaq ölmüşdür. Azərbaycan Respublikası MPM-nin n 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni 18 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 08 avqust 2023-cü il tarixdə Lənkəran rayonunda, dənizdə boğularaq ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. 18 noyabr 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 08 avqust 2023-cü il tarixdə Lənkəran rayonunda dənizdə boğularaq ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-306/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-306/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver