Məhkəmə qərarları › İş №2(049)-3072/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3072/2024

25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3072/2024 25.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ X31 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ Ərizəçi Maraqlı şəxs işə cəlb ertməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qayınatası xx.xx.1957-ci ildə anadan olmuş X16 xx.xx.2008-ci ildə vəfat etmişdir. Qayınanası xx.xx.1957-ci il təvəllüdlü X11 isə xx.xx.2017-ci ildə vəfat etmişdir. Onlar Lənkəran şəhəri ərazisində yerləşən “Kiçik bazar” qəbristanlığmda dəfn olunmuşdurlar. Bununla bağlı Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş 143/1 və 144/1 nömrəli xx.xx.2024-cü il tarixli arayış mövcuddur. Əri 06 noyabr 1987-ci il təvəllüdlü X12 08 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Birgə nikahılarından xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X22 adlı övladları vardır. X1 vəfat etmədən öncə ərizəçinin əri X4 notarial qaydada təstiq edilmiş vəsiyyətnamə qoymuşdur. Lakin əri vəfat etdiyi səbəbindən hal-hazırda irsi transmisiya yolu ilə vərəsələr o və övladları hesab edilir. Hal-hazırda vərəsəlik işinin aparılması başladığı səbəbindən onların ölümü barədə müvafiq sənədlərin eyni zamanda ölüm haqqnda şəhadətnamələrin yığılmasına zərurət yaranmışdır. Vərəsəlik işi ilə bağlı Lənkəran Rayon 1 Saylı Notariat ofisinə müraciət etdiyi zaman ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün əmlak üzərində vərəsəlik işinin açılması mümkün olmamış və bunun yalnız ölüm faktının məhkəmədə müəyyən edilməsindən sonra mümkün olacağı bildirilmişdir. Qayınatası və qayınanasının ölümü barədə sənədlərin mövcud olmaması səbəbindən hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qayınatası və qayınanası Rusiya Federasiyasında təbii ölüm ilə vəfat edərək oradan Azərbaycan Respublikasına gətirilmiş lakin həmin zaman həyat yoldaşı mərhum Musayev Sadiq səhlənkarlıq edərək onların ölüm şəadətnamələrini almadığından, hazırda məhkəmə vasitəsi ilə fatkın təstiq olunmasını istəyir. Məhkəmədən qabaq Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbənin arxivində ölüm aktları qeydiyyatı aşkar olunmadığı bildirilərək, ona faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xx.xx.1957-ci il təvəllüdlü X5 xx.xx.2008-ci ildə, xx.xx.1957-ci il təvəllüdlü X3 isə xx.xx.2017-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi əri Sadiq Musayevlə 2011-ci ildə rəsmi nikaha girdiklərini, və birgə nikahdan iki övladları doğulduğunu, həmçinin ölüm şəhadətnamələrinin ona vərəsəliyə görə lazım olduğunu bildirərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək ölüm faktının müəyyən edilməsi tələbinə dair fikir və mülahizələrində dəyişiklik olmadığını, həmçinin iş yükünün çox olmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Musayeva X20 şəhəri, Sabir küçəsi, d 1, ev 4 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notariat qaydada tərcümə edilməklə təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1987-ci il tarixdə anadan olmuş, onun “Ata” qrafasında ”X17” ana qrafasında isə “ X18” qeyd edilmişdir. Nikah şəhadətnaməsinin surətində görünür ki, X8 ilə X9 rəsmi nikahları 25 noyabr 2011-ci il tarixdə Maraqlı şəxs tərəfindən xx.xx.2011-ci il tarixdə 1037 sayla qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin notariat qaydada tərcümə edilməklə təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Şəxsiyyət vəsiqəsin surətindən görünür ki, xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X11, Lənkəran şəhəri , Şəhidlər Xiyabanı ev 46/1, m 8-də qeydiyyata alınmışdır. Digər şəxsiyyət vəsiqəsin surətindən görünür ki, xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X16, ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Lənkəran Rayon Mərkəzi Xəstəxanası PH tərəfindən verilən arayışdan görünür ki, Lənkəran şəhər, Şəhidlər Xiyabanı ev 46/1, m 8-də yaşamış xx.xx.1957-ci il təvəllüdlü X11 xx.xx.2017-ci il tarixində vəfat etmiş və Lənkəran rayonu, “Kiçik bazar” qəbiristanlığında dəfn edilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası PH tərəfindən verilən digər arayışdan görünür ki, Lənkəran şəhər, Nəsimi küçəsi, ev 14-də yaşamış xx.xx.1957-ci il təvəllüdlü X16 xx.xx.2008-ci il tarixində vəfat etmiş və Lənkəran rayonu, “Kiçik bazar” qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi qaynatası X15 xx.xx.2008-ci ildə, qaynanası X11 isə xx.xx.2017-ci ildə “Kiçik bazar” qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş məktublardan görünür ki, X3 xx.xx.2017-ci ildə, X6 xx.xx.2008-ci ildə ölmələri faktı Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X23 bildirdi ki, Zeynəb onun qızıdır, 2011-ci ildə Sadiq Musayevə ərə gedib, lakin sonradan kürəkəni vəfat etmişdir. X21 2008ci ildə, Suğra Musayeva isə 2017-ci ildə vəfat etmişlər. Onlar 2011-ci ildə quda olmuşlar. Lakin, həm Əmirastanla onun əri həm dost, həm də qonşu olduqları üçün 2008-ci ildə Əmirastanın üzür məclisində iştirak ediblər. Onların kiçik bazar qəbiristanlığında dəfn olunduğlarını qeyd etdi. Digər şahid X19 bildirdi ki, Zeynəb qızıdır, Sadiq Musayevə ərə gedib, lakin Zeynəbin əri ölüb. Əmirastan Musayev və Suğra Musayeva onun qudalarıdır və onlar da dünyasını dəyişiblər. X2 bildirdi ki, Zeynəbi qonşu qızı kimi tanıyır və o, digər qonşusu Əmiraslanın oğlu Sadiqə ərə getmişdir. Əmiraslan təxminən 10 il əvvəl ölüb və onun dəfnində şəxsən iştirak edib. Suğra isə təzə dünyasını dəyişib. Həmçinin onların oğlu Sadiqin də vəfat etdiyini bildirdi. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X11 xx.xx.2017-ci il tarixdə, xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X16 isə xx.xx.2008-ci il tarxidə Lənkəran rayonunda ölmüşlər. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X11 xx.xx.2017-ci il tarixdə, xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X16 isə xx.xx.2008-ci il tarxidə ölmələri faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2017-ci il tarixdə, xx.xx.1957-ci ildə Lənkəran şəhərində doğulmuş X7 isə xx.xx.2008-ci il tarxidə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar