Məhkəmə qərarları › İş №2(049)-3168/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3168/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3168/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X13, ərizəçi: Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci ildə anadan olmuş X3 14 iyun 2024-cü il tarixində Lənkəran rayonu, Qumbaşı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X7 xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. Valideynlərinin nikahı rəsmi olaraq qeydə alınmamışdır. Mərhum anası X7 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonun Qumbaşı kəndində vəfat elmiş və Lənkəran rayonun Qumbaşı kənd qəbristanlığda dəfn olunmuşdur. Anası vəfat edərkən hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişdir. Hazırda o, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, anası X3 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində anası X7 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət elməyini tövsiyyə etmişlər. Ona görədə anası X3 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edənn Ərizəçi1 ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərdi ki, ərizəçi ilə həm kəndlidir və hazırda da Lənkəran rayonu, Qumbaşı kəndində yaşayır. Ərizəçinin anası cari ilin iyun ayında vəfat etmiş və kənd qəbristanlğında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, ərizəçi ilə əmiuşağıdır. Əmisinin arvadıə Qəydər yaşlı qadın olmuşdur. Bu ilin iyun ayının 14-də vəfat etmişdir. Əmisi arvadını Lənkəran rayonu, Qumbaşı kənd qəbirtsnlığında dəfn etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 19 iyul 2024-cü il tarixli məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 252889 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə Nəcəfov X10 rayonu Qumbaşı kəndində doğulmuşdur. X1, atası X12r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 28 avqut 2024-cü il tarixli arayışından görünür ki, X19 ilə X5 arasında nikah xx.xx.2058-ci il tarixdə Lənkəran rayon Port-İliç şəhər icra nümayəndəliyində 54 sayla rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Nəcəfov, arvada Nəcəfova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 19 iyul 2024-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.1958-ci il tarixdə Lənkəran rayonun Port –İliç şəhərində doğulmuş, atası X19 oğlu, anası X2r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli, 58 nömrəli Lənkəran rayon Liman bələdiyyəsinin arayışından görünür ki, Lənkəran rayon Qumbaçı kənd sakini X7 14 iyun 2024-cü ildə Qumbaşı qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbr daşının fotoşəlillərdən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X7 xx.xx.1938-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X3 14 iyun 2024-cü ildə Lənkəran rayonu, Qumbaşı kəndində ölməsi və dəfn edilməsi şahidlərin ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X3 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 19 oktyabr 1938-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuş X3 14 iyun 2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində ölməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 oktyabr 1938-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuş X3 14 iyun 2024-cü il tarixdə Lənkəran rayonun Qumbaşı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar