Məhkəmə qərarları › İş №2(049)-3200/2022

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3200/2022

14.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3200/2022 14.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı Nağiyeva Yasəmən Fazı̇ l qızının cavabdeh Mustafayeva Nı̇ gar Nı̇ zam qızına qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi̇ : İddiaçı Nağiyeva Yasəmən Fazı̇ l qızının cavabdeh Mustafayeva Nı̇ gar Nı̇ zam qızına qarşı əmlak tələbi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək baba və nənəsinə məxsus əmlakların cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş ərizə MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə MPM-nin 149 və 150.1-ci maddələrində göstərilən forma və məzmuna riayət edilmədən, iddia ərizəsinin surəti əlavə edilmədən, dövlət rüsumu ödənilmədən tərtib edilmişdir ki, bu halda da iddianın icraata götürülməsi qanunsuzdur. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldi: iddiaçı Nağiyeva Yasəmən Fazı̇ l qızının cavabdeh Mustafayeva Nı̇ gar Nı̇ zam qızına qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar