Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3214/2024 25.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 may 1982-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş həyat yoldaşı X6 26 fevral 2024-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə tələbini onunla əsaslandırmışdır ki, X5 07 may 1982-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan olmuşdur. 2015-ci il tarixdə o, X11 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları isə 05 aprel 2016-cı il tarixdə Maraqlı şəxsndə 191 sayla qeydə alınmışdır. X11 26 fevral 2024-cü il tarixdə vəfat elmişdir. Onlar qohumlarıyla birgə onu Lənkəran rayonu, Bürcəli kənd qəbristanlığında dəfn etmişilər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşır. X11 26 fevral 2024-cü il tarixdə Bürcəli kənd qəbirstanlığında dəfn edildiyindən onun qəbirstanığında abidəsində də ölüm tarixi 26 fevral 2024-cü il qeyd edilmişdir. X3 ölüm faktını şahidlər də təsdiq edə bilər. X5 dəfn edildikdən sonra onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirmək istəsə də bu mümkün olmamışdır. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum X3 ölüm şəhadətnaməsi tələb olunur. Lakın, X3 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək X3 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Lənkəran rayon Qevdiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona 20 avqust 2024-cü il tarixli, 13- 16-5-8-10-923/2024 nömrəli məktub göndərilərək məhkəməyə müraciət elməyi tövsiyyə edilmişdir. Həmin sənədi, yəni ölüm haqqında şəhadətnaməni başqa yol ilə əldə etmək mümkün olmadığından o, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, əri X2 Federasiyasında yaşadığından o, Rusiya – Ukrayna müharibəsində səfərbərliyə cəlb edilərək, hərbi xidmətə çağırılmışdır. O, 28 yanvar müharibəyə getmişdir. 01 fevral 2024-cü il tarixdə müharibə zonasında həlak olmuşdur. Onun nəşinin döyüş bölgüsündən çıxarılması və digər prosedurlar müəyyən müddət tələb etdiyindən həyat yoldaşı Cəmilin meyiti təxminən bir aydan sonra yəni 26 fevral 2024-cü il tarixdə Azərbaycan respublikasına gətirilmişdir. O, 26 fevral 2024-cü il tarixdə qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonunun Bürcəli kənd qəbiristanlığında dəfn edilmişdir. Rusiya Federasiyasında həyat yoldaşının ölümü barədə akt qeydiyyatı tərtib edilmişdir. Lakin Azərbaycan Respublikasında həmin ölüm haqqında şəhadətnamə tanınmadığından və mərkəzləşdirilmiş elektron informasiya sistemində həyat yoldaşı Cəmilin şəxsiyyət vəsiqəsinin statusu aktiv olduğundan, yəni ölümü barədə məlumat olmadığından ailə başçısını itirməyə görə müavinat ala bilmir. Qeyd edilən səbəblərdən həyat yoldaşı Cəmilin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, ərizə tələbinin təmin edilərək, həyat yoldaşı X6 01 fevral 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 və Ərizəçi arasında nikah 05 aprel 2016-cı il tarixdə Maraqlı şəxsndə 191 sayla bağlamış, nikah bağlandıqdan sonra arvada Hacıgil soyadı verilmişdir. Ölün haqqında şəhadətnamənin surətindən görunur ki, X2 Federasiyası, Donetsk Xalq Respublikası, Adeyevka şəhərində 01 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə Rusiya Federasiyası Novosibrsk vilayəti, VVAQ işləri üzrə idarənin Novosibirsk şəhəri VVAQ xüsusi şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ********************5 saylı ölüm akt qeydi tərtib edilmişdir. Lənkəran rayonu, Xanbulan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 rayonu, Bürcəli kənd qəbiristanlığına qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-923/2024 nömrəli məktubunda Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, X6 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilmişdir. Həmçini ərizəçiyə həyat yoldaşının ölüm faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan respublikası Ədliyyə nazirliyi X4 Reyestri Xidmətindənverilmiş xx.xx.2024-cü il tarixli 3-16-5,4-13-3770/2024 saylı arayışdan görünür ki, X6 Ərizəçi ilə birgə nikahından xx.xx.2016-cı il tarixdə Yədulla, xx.xx.2021-ci il tarixdə Yusif adlı övladları doğulmuşdur. X18 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilmiş xx.xx.2024-cü il tarixli,3-17-1/2-71-187566/2024 saylı məktubla Ərizəçi müraciətinə cavab olaraq ona “ailə başçısını itirməyə sosial müavinətin təyin edilməsi”nin mümkün olmaması bildirilərək, buna səbəb kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində həyat yoldaşı X6 şəxsiyyət vəsiqəsi statusunun aktiv olması (ölüm faktı aşkarlanmadığı üçün) göstərilmişdir. AZE seriyalı 19185547 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 07 may 1982-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuşdur, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatdadır və Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, mərhum X11 onun qardaşıdır. Cəmil Rusiya Federasiyasında yaşadığından o, Rusiya – Ukrayna müharibəsində səfərbərliyə çağırılmışdır. Qardaşı Cəmil 01 fevral 2024-cü il tarixdə Rusiya-Ukrayna müharibəsində həlak olmuşdur. Onun meyiti 26 fevral 2024-cü il tarixdə Azərbaycana gətirilmişdir. Qardaşı Cəmili 26 fevral 2024-cü il tarixdə Lənkəran rayonu, Bürcəli kənd qəbiristanlığında dəfn etmişlər. O, özü də dəfn və yas mərasimlərində vəfat etmişdir. Ərizəçi onun qardaşı Cəmilin həyat yoldaşıdır. Onların birgə nikahlarından iki övladları vardır. Qardaşı Cəmilin heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, X11 onun əmisi olmuşdur. Əmisi Cəmil 2024-cü ilin fevral ayında Rusiya – Ukrayna Müharibəsində döyüşdə həlak olmuşdur. O, 26 fevral 2024-cü il tarixdə Lənkəran rayonu, Bürcəli kənd qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və bütün yas mərasimlərində özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid X8 şahidlər X10 və X12 ifadələrində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X6 Rusiya Federasiyasında ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi Mmmədağa qızının ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,X4 qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X4 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «X4 dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 07 may 1982-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş X6 01 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 may 1982-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş X6 01 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3214/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3214/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver