Məhkəmə qərarları › İş №2(049)-3263/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3263/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3263/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə 2003-cü ilin oktyabr ayında qeyri rəmi nikaha daxil olmuşlar. 19 aprel 2005-ci il tarixdə rəsmi nikahı rəsmiləşdirmişdir. Ölən günə qədər X5 ilə birlikdə yaşamışlar və birgə təsərüfat idarə etmişlər. Bu nikahdan 12 mart 2005-ci il tarixində X8, 27 sentyabr 2006-ci il tarixdə X10 dünyaya gəlmişdir. Mərhum əri X5 18 iyul 2024-cü il tarixdə Lənkəran çayın Velədi kəndi keçən hissəsindən meyidi tapılmışdır. Bu barədə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Təcili və X4 şöbəsinin təqdim etdiyi Xəbərdarlıq vərəqəsindən görünür ki, X1 suda boğulma ilə şöbəyə qəbu edilmişidr. Lənkəran rayonu Şilavar Bələdiyəsinin xx.xx.2024 cü il tarixli , 205 saylı arayışından görünür ki, X5 18 iyul 2024-cü il tarixdə vəfat etmiş və Lənkəran rayonu Şiləvar kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə vemək üçün Lənkəran rayonu Qeydiyyat şöbəsinə müraciət etsəmdə, tibbi müəssisənin ölüm haqqında arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. O, başqa yolla ölüm haqqında şəhadətnaməni əldə edə bilmir. Məhkəmə iclasında iştirak edənn Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçinin bacısının yoldaşıdır. X1 balıq tutmağı xoşlamışdır, lakin onda epilepsiya xəstəliyi də var idi. Mərhum 14 iyul 2024-cü ildı evdən balıq tutmağa getdiyini bildirib çıxmış və geri qayıtmamışdır. Bununla bağlı polisə məlumat vermişlər. 18 iyul 2024-cü il tarixdə isə Lənkəran çayın Velədi kəndi keçən hissəsindən meyidi tapılmışdır. Lənkəran rayon, Şiləvar qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 iyul 2024-cü il tarixli, Lənkəran Şəhər Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 barəsində “həkimə qədər ölüm, kişi cinsli meyit” qeydi aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 20 avqust 2024-cü il tarixli, 205 nömrəli Lənkəran rayon Şiləvar kənd bələdiyyəsinin arayışından görünür ki, Lənkəran rayon Şiləvar kənd sakini X5 18 iyul 2024-cü ildə “Şiləvar” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 20 avqust 2024-cü il tarixli, 919/2024 nömrəli məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon prokurorluğunun 27 iyul 2024-cü il tarixli qərarından görünür ki, X3 ölməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 140119 seriyalı nikah şəhadətnaməsinin surətindən görünür ki, X9 ilə X5 ilə xx.xx.2005-ci il tarixdə 138 saylı aktla Maraqlı şəxsndə nikahlarını rəsmiləşdirilmiş, nikahdan sonra arvada Panayeva, ərə Panayev soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində vəfat etməsi və Lənkəran rayon Şiləvar kənd qəbirstanlığında dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X3 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 18 iyul 2024-cü il tarixdə Lənkəran rayonun Velədi kəndinə vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 avqust 1976-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 18 iyul 2024-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar