Məhkəmə qərarları › İş №2(049)-3299/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3299/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3299/2023 14.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-cı ildə anadan olmuş X1 23 may 2023-cü il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində yerləşən meşə zolağında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X4 onun əri olmuş, onlar 1990-cı il tarixdə ailə həyatı qurmuş, bu evliliklərindən onların Fidan, Elmar, Əmmə və Səbuhi adlı övladları dünyaya gəlmişdir. Vidadi uzun müddət idi ki, **-BU-*** dövlət nömrə nişanlı, İveco Otoyol M 24.9 markalı avtobus ilə, Lənkəran rayon ərazisindən Masallı və Cəlilabad rayonlarında yerləşən təsərrüfat sahələrinə fəhlə daşımaqla ailəsini dolandırırdı. Daşıdığı fəhlələr qabaqcadan gedəcəkləri yer barəsində Vidadiyə məlumat verər, əri də həmin fəhlələri müvafiq təyinat nöqtəsinə apardıqdan sonra saat 17 radələrinə qədər fəhlələri gözləyər və müvafiq təyinat nöqtəsindən təkrar götürərək Lənkəran rayonuna gətirərmiş. Vidadi fəhlələri düşürdükdən sonra əsasən Masallı rayon, Təzə Alvadı kənd ərazisində yerləşən meşə zolağında avtobusu saxlayar və gözləyərmiş. Vidadinin son dövrlərdə ürəyində problemlər yaranmış və bir neçə dəfə müalicə almaq üçün Bakı şəhərində yerləşən səhiyyə müəssisələrində müalicə almış və gündəlik dərman pereparatları qəbul etmişdir. O da ərinin ürəyində problem olduğunu bildiyindən isti havalarda çölə çıxmamasını, səhətinə mənfi təsir göstərəcəyini deyirdi. Lakin Vidadi ürəyindən müalicə alsa da, öz sağlamlığına və səhətinə biganə yanaşır, dərman pereparatlarını vaxtıvaxtında qəbul etmirdi. Hətta Vidadinin dərman pereparatlarını vaxtı-vaxtında qəbul etmədiyi üçün aralarında tez-tez sözlü mübahisələr yaranıdı. Vidadı isə həmin mübahisələrdən sonra ona yaxşı olduğunu, səhətində hər hansı problemin olmadığını deyirdi. Lakin o son vaxtlar ərinin səhətində mənfi dəyişikliklər olduğunu, tez-tez tənginəfəs olmuşdur. 23 may 2023-cü il tarixdə Vidadı günlük rutininə uyğun olaraq təkrar fəhlələri yığaraq Masallı-Cəlilabad rayonuna gətirmiş, fəhlələri düşürdükdən sonra isə həmişəki kimi avtobusu Təzə Alvadı kənd ərazisində yerləşən meşa zolağında ağacların altında çəkərək fəhlələrin işlərinin qurtarmasını gözləməyə başlamışdır. Bu əsasında avtobusda olan nasazlığı təmir etməyə başlamış, lakin qəflətən ürəktutmasından vəfat etmişdir. Bu barədə Masallı rayon prokurorluğunda araşdırma olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmışdir Əri X6 Lənkəran rayonu İstisu qəsəbəsində qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Masallı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X2 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 113-C- 23 N-li ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 və Ərizəçi arasında nikah 15 iyun 2019-cu il tarixdə Lənkəran rayon Kirov qəsəbəsi tərəfindən 11 sayla bağlamış, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Lənkəran ŞİHB-nın İstisu qəsəbə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Təzəalvadı kəndində meşə massivində vəfat etmişdir. Mərhum İstisu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, mərhum X4 onun qudasıdır. Vidadi Abdullayev ürək tutmasından xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, mərhum X4 onun atasıdır. Vidadi Abdullayev ürək tutmasından xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Onun dörd övladı var. Məhkəmə iclasında Şahid2 Şahid3 ifadələrində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X1 2023-cü il may ayının 23-də Masallı rayonun Təzəalvadı kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X1 23 may 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci ildə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş X1 23 may 2023cü il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar