Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3315/2022 01.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X13, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı "hüquqi faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 1964-cü il təvəllüdlü X1nun 04 noyabr 2016-ci il tarixində Lənkəran rayonu, Şilim kənindı ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1996-ci il tarixdə Lənkəran rayonu, Şilim Kəndində anadan olmuş və hazırda ailə üzvləri ilə birlikdə kənddə yaşayır. X1 olmuşdur. Valideyinlərindən atası vəfat etmişdir. Valideynləri faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşlar. Valideyinləri nikahlarını rəsmiləşdirməmişlər. Mərhum X1 04 noyabr 2016-ci il tarixdə Lənkəran rayonunda vəfat elmiş və Lənkəran rayonu, Şilim kəndində yerləşən qəbristanlığda dəfn olunmuşdur. Atam vəfat edərkən başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda vərəsəlik məsələsini həll elməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, X1nun ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində X1 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ölüm faktının qeyd olunması vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi o oğlu ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılması xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, X7 ilə faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların 14 sentyabr 2016-cı il tarixdə bir uşağı doğulmuşdur. X4 04 noyabr 2016-ci il tarixdə Lənkəran rayonunda vəfat elmiş və Lənkəran rayonu, Şilim kəndində yerləşən qəbristanlığda dəfn olunmuşdur. X8 vəfat edərkən başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından əri üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, mərhum X7 onun qaynı olmuşdur. X9 ilə mərhum X2 bir oğlan övladı olmuşdur. X8 04 noyabr 2016-ci il tarixdə Lənkəran rayonunda vəfat elmiş və Lənkəran rayonu, Şilim kəndində yerləşən qəbristanlığda dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 3581 nömrəli arayışdan görünür ki, X8 22 sentyabr 1965-ci il tarixdə doğulmuş, bu barədə Maraqlı şəxsndə 806 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 16 sentyabr 2022-ci il tarixli, 12-39/224 nömrəli arayışdan görünür ki, Tağızadə X12 rayonu, Kənarmeşə kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 16 sentyabr 2022-ci il tarixli, 12-39/223 nömrəli arayışdan görünür ki, X11 mərhum X1 04.11.206-cı il tarixdə vəfat etmiş və onu Lənkəran rayonunun Şilim qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AZ-İ 440794 nömrıli şəhadətnamədən görünür ki, X8 xx xxxxxxxx 1996-cı il tarixdə X3 doğulmuş Ərizəçi atası hesab edilmiş və bu barədə 1996-cı ilin oktyuabr ayının 24-də 14 nömrəli qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AZ-İ 981621 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxxx 1996-cı il tarixdə, Lənkəran şəhərində doğulmuş, X1, anası X6r və bu barədə 1996-cı ilin oktyabr ayının 24də 142 nömrəli qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 20 sentyabr 2022-ci il tarixli, 1118 nömrəli məktubundan görünür ki, Ərizəçi atasının ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına mərhum X5 qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, 22 sentyabr 1965-ci il tarixdə doğulmuş X5 ərizəçi X11 atası olması təsdiq edilmiş, X5 vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X5 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Eləcə də, hazırda ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün atasının ölüm haqqında şəhadətnaməsinin alınması zəruət olmuuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 04 noyabr 2016-cı il tarixdə Lənkəran rayonu, Şilim kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 sentyabr 1965-ci il tarixdə Lənkəran rayonu, Şilim kəndində doğulmuş X5 04 noyabr 2016-cı il tarixdə Lənkəran rayonu, Şilim kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3315/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3315/2022
01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver