Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3358/2023 15.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-01392 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 anası Ərizəçi yanında saxlanılması və yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı mediasiyaya müraciət etdimiş və Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-01392 saylı barışıq sazişi imzalayiblar. Barışıq sazişinə görə tərəflər Maraqlı şəxs ilə birgə nikahılarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında saxlanılması barədə razılığa gəlmişlər və Maraqlı şəxs hər ay 200 manat alimenti Ərizəçi ödəməsinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini imzaladığı vaxtdan bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir, yəni alimenti ödəmir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-01392 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizə tələbini azaldaraq barışıq sazişinin yalnız alimentin ödənilməsi hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizə tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, ərizə tələbini qəbul edərək izahatında qeyd etdi ki, barışıq sazişi əsasında müəyyən edilmiş hər aylıq 200 manat məbləğində alimenti ödəməyə hazırdır. Barışıq sazişi bağlandıqdan sonra səhhətində olan müəyyən problemlərlə əlaqadar alimenti ödəyə bilməmişdir. Ərizə tələbinin təmin edilməsinə etirazının olmadığını məhkəməyə bildirdi İş materiallarında olan nikah haqqında» şəhadətnamədənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında nikah 05 dekabr 2008-ci il tarixdə Lənkəran rayonu Qeydiyat şöbəsi tərəfindən 37 sayl bağlamış, nikah bağlandıqdan sonra arvada Cabbarova soyadı verilmişdir İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il təvəllüdlüdür. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-01392 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi ilə (ikinci) Maraqlı şəxs arasında barışıq sazişi imzalandıqdan sonra xx.xx.2007- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 28-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-01392 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat olmaqla sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3358/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3358/2023
15.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver