Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3361/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1960-cü ildə anadan olmuş X4 06 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, 06 fevral 2024-cü il tarixdə axşam 22 radələrində Bakı şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbaliyev küçəsi, ev 38 A, mənzil 11-də evdə olan zaman əri Ədalət Lələyev bir dəfəli ağzında köpük gələrək vəfat etmişdir. Həmi vaxtı qızı Cavahir 103 xidmətinə zəng vurmuşdur. Təcili və X9 Stansiyasının 21 saylı bölməsinin əməkdaşları evə gələn vaxtı Ədalət Lələyevin nəbzi və hərarəti yox vəziyyətdə idi. Həkimlərdən sonra qohumlarla birlikdə əri Ədalət Lələyevin meyiti Lənəkəran Rayonun Gərmətük qəsəbəsində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Hadisədən əvvəl özü əməliyyat olduğundan yerimək fəlliyyəti məhdud idi. Bakı şəhərində mülaicə alırdı. Mərhum əri vəfat edərkən xəstə və hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmamışdır. Ərinin ölməsi barədə həkim arayışı ala bilmədiyindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. Əri ev şəraitində vəfat etdiyindən qeydə alınmamışdır. Ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, laikin oranın arxivində ərinin ölüm akt qeydiyyatı aşkar olunmadığını bildirilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də əri Ədalət Lələyevin ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması ona torpaq sənədləri və vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu fakı şahidlər X10, X7, X5 və X12 təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, əri ilə 15 oktyabr 2000-ci ildə faktiki münasibətə daxil olmuş, xx.xx.2002-ci ildə isə rəsmi nikaha girmişlər. Bu nikahdan 2 uşaqları doğulmuşdur. Əri xx.xx.2024-cü il tarixdə Bakıdakı evlərində vəfat etmiş və Gərmətük qəsəbəsində dəfn edilmişdir. Ölüm şəhadətnaməsi həm ona vərəsəlik işləri üçün, həm də oğluna işə düzəlmək üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş və həmin qəsəbədə qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki görünür ki, X11 xx.xx.1960-cı Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş və vəfat edənə qədər həmin qəsəbədə qeydiyyatda olmuşdur. Nikah haqqında arayışdan görünür ki, X11 və X2 nikahları xx.xx.2002-ci il tarixdə 28 sayla Maraqlı şəxsndə qeydə alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm faktı Maraqlı şəxsndə aşkar olunmamışdır. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-i 43 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, X2 əri X6, tibbi xidmət göstərən ərazi poliklinikasına müraciəti və ambulator kartası olmadığına görə ona ölüm haqqında tibbi şəhadətnamə vemək mümkün olmamışdır. Təcili və X9 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1960-cı il təvəllüdlü X11, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 38A, mənzil 11 ünvanında vəfat etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin Gərmətük qəsəbə İƏDÜN-dən verilən arayışdan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Gərmətük qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid X12 izahatında bildirdi ki, Gərmətük qəbəsində doğulub və orada qeydiyyatdadır, lakin Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşayır. İşsizdir, Ərizəçi onun anasıdır. X1 isə xx.xx.2024-cü tarixdə Bakı şəhərində vəfat etməklə Gərmətük qəsəbəsində dəfn edilmişdir. Digər şahid X8, əvvəlki şahidin verdiyi izahatın məzmununa uyğun izahat verərək X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etdiyini və Gərmətük qəsəbəsində dəfn edildiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin n 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni xx.xx.1960-cı il tarixdə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etd i: Ərizəçi ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. xx.xx.1960-cı il tarixdə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-3361/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3361/2024
20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver