Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3365/2022 21.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci ildə anadan olmuş X3 16 iyun 2022-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçu 13 avqust 2003-cu il tarixdə Lənkəran rayonunda Nərimanabad qəsəbəsində anadan olmuşdur. X8 Universitetində üçüncü kursunda təhsil alır. X5 onun atasıdır. Atası Asim xx.xx.1961-ci ildə anadan olmuş və 16 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, atası Asim Kərimov 1994-cü ildə anası Sevda Kərimova ilə ailə həyatı qurmuşdur. Sonralar atası Asim Kərimovun anası Sevda Kərimova ilə xasiyyətləri uyğun gəlmədiyindən Lənkəran rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Özü anası Sevda Kərimova ilə bir yerdə yaşayır. Dekmək olar ki, atası Asimi tez-tez görürümüş. 16 iyun 2022-ci il tarixdə tələbə yoldaşının toyu olduğu üçün Lənkəran rayonu Rvo kəndinə getmiş, toyda olarkən ona məlum olub ki, atası X10 rayonu Nərimanabad qəsəbəsində özünə məxsus yaşayış evinin həyətində olan tut ağacında özünü asaraq intihar etmişdir. Bu barədə Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Atası Asimin ölməsi barədə həkim arayışı ala bilmədiklərindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. Bununla əlaqədar ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində atasının ölüm akt qeydiyyatının aşkar olunmadığı bildirilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ölüm faktının qeyd olunması ona sənədləşmə məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də X2nun ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş, təhsil aldığı ali təhsil müəssisəsində tələbə kredit proqramına qoşulmaq üçün valideynlərinin sənədlərinin tələb edildiyini, mərhum atasının ölüm haqqında şəhadətnaməsi alınmadığı üçün həmin sənədi təqdim edə bilmədiyindən müvafiq proqrama qoşula bilmədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məktub göndərərək bildirmişdir ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, X3 ölümü haqqında Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX PHŞ Nərimanabad həkim məntəqəsinin xx.xx.2022-ci il tarixli 61 nömrəli arayışından görünür ki, xx.xx.1961-ci il tarixdə doğulmuş X5 xx.xx.2022-ci il tarixdə özünü asmaqla intihar etmiş, mexaniki asfiksiya səbəbindən ölmüşdür. xx.xx.2022-ci il tarixli Lənkəran rayonu Nərimanabad bələdiyyəsi tərəfindən verilən 34 nömrəli arayışdan görünür ki, mərhum – xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Nərimanabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən tək yaşadığı fərdi yaşayış evinin həyətindəki tut ağacının budağından təsərrüfat ipi ilə özünü asaraq öldürməsi faktında hər hansı cinayət hadisəsinin olmaması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuşdur. X2, anası isə X6r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Asim Kərimov onun qardaşıdır, Asim xx.xx.2022-ci il tarixdə özünü asmaqla intihar etmiş və Nərimanabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O qardaşının dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Asim Kərimov onun dayısıdır. O, özünü asmaqla intihar etmiş və Nərimanabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O qardaşının dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Asim Kərimov onun qonşusudur. Mərhumla yaxşı qonşuluq münasibətləri olmuşdur. Asim Kərimov özünü asmaqla intihar etmiş və Nərimanabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X3 16 iyun 2022-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də ərizəçi, mərhum X3 qızı, Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır vəvətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 15 iyun 1965-ci il tarixdə Lənkəran rayonunda doğulmuş X1 20 aprel 2016-cı il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 avqust 1961-ci il tarixdə doğulmuş X3 16 iyun 2022-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3365/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3365/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver