Məhkəmə qərarları › İş №2(049)-3372/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3372/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3372/2025 02.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-ci ildə doğulmuş X5 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1993-cü il tarixdə Lənkəran rayonu Liman şəhərində anadan olmuşdur. Onun anası Bəşirova (Nəcəfova) Qənirə Misi qızı, atası isə X8 olmuşdur. Valideynlərinin nikahı rəsmi olaraq qeydə alınmışdır. 2010-cu il tarixdə isə aralarında olan nikah qeydlərini pozmuşlar. Mərhum X3 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonun Liman şəhərində vəfat etmiş və Lənkəran rayon Liman şəhərində yerləşən qəbristanlığda dəfn olunmuşdur. Atası vəfat edərkən başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişdir. Hazırda o vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, X3nun ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs arxivində X3 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verildi. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Ona görə də o X3nun ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Onuda qeyd etmək istəyir ki, yaşadığı evin qaz sayğacı atasının adınadır. Atasının adına olan qaz sayğacını öz adına rəsmiləşdirmək üçün atasının ölüm haqqında şəhadətnaməsi ona lazımdır. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün notoriat ofisində atasının vərəsəlik işi açıla bilmir və vərəsəlik işi açılmadığından qaz sayğacını öz adna rəsmiləşdirə bilmir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdaifə edib, ərizədə göstərilənlərə uyğun məzmunlu çıxış edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X14 göstərmişdir ki, X2 onun əridir. X2 xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Lənkəran rayonu, Liman şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, mərhum X9 atasıdır. X2 xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Lənkəran rayonu, Liman şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-961/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş X8 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran Rayonu Liman Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 83 №-li arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhər qəbristanlığında dəfn olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X3, anası X12r. “Azəriqaz” X10 X18 İdarəsinin xx.xx.2025-ci il tarixli, 14-2-2-10/2-N-479-5/2025 saylı arayışından görünür ki, həqiqətən mərhum X1 rayonu, Liman şəhəri, M.İbayev küçəsi ünvanında **********10070 saylı abonent kodu ilə xx.xx.2024-cü il tarixdən Lənkəran RQİİnin Lənkəran Xidmət sahəsində qeydiyyatdadır və qazdan istifadəyə görə 57.50 manat borc yaranmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin atası xx.xx.1959-cu ildə doğulmuş X8 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində vəfat etmişdir. Təcili və X11 X4 görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 10:09 radələrində ölməsi faktı müəyyən edilmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1959-cu ildə doğulmuş X8 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 11 aprel 1959-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş X5 24 iyul 2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar