Məhkəmə qərarları › İş №2(049)-341/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-341/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-341/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, ərizəçi: Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlbv etdiyi “hüquqi faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı "hüquqi faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 1941-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X1r. 1941-ci ildə vəfat etmişdir. Belə ki, anası evdə olan zaman qəflətən ürək tutması olmuş və vəfat etmişdir. X11 şəhəri Böyük bazar ərazisində yerləşən qəbrstanlıqda dəgfn edilmişdir. Anası Minəxanım vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmamışdır. Anasının ölməsi barədə həkim arayışı ala bilmədiyindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. O, bununla əlaqədar anasının ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində anası X4 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ölüm faktının qeyd olunması vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayədəsi X12 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi qohumdur, sonuncunun anası X2 1941-ci il tarixdə vəfat etməsini qohumlarından eşitmişdir, lakin konkret olaraq hansı tarixdə vəfat etməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Lənkəran şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixli, 90/2 nömrəli arayış onun tərəfindən verilmişdir. Şəxsin yaxınlarının verdiyi məlumata əsasən X4 1941-ci ildə vəfat etmişdir. Həmin dövrdə müvafiq sənədləşmə işlər aparılmadığından rəsmi sənəd aşkar edilməmişdir. Eyni zamanda qeyd olunan dövrə dair müvafiq sənədlər olmadığəın X2 doğum tarixi də məlum deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılması xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 26 noyabr 2022-ci il tarixli, 1205 nömrəli məktubundan görünür ki, Ərizəçi anasının ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 90/2 nömrəli arayışından görünür ki, X4 1941-ci ildə vəfat etmiş və Lənkəran şəhəri, Kiçik Bazar qəbirstanlığnda dəfn olunmuşdur. İş materiallarına mərhum X2 qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X2 1941-ci il tarixdə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Öölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Eləcə də, hazırda ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün anasının ölüm haqqında şəhadətnaməsinin alınması zəruət olmuuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 1941-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 1941-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar