Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3415/2025 05.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 yanvar 1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş Calalov Elnur İltifat oğlunun 25 iyul 2011-ci il tarixdə və 23 noyabr 1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 29 oktyabr 2000-ci il tarixdə vəfat etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o hazırda Lənkəran rayonun Vel kəndində yaşayır. X2 2005-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə getmiş, orada ağır böyrək xəstəliyindən vəfat etmişdir. X1 isə boğularaq vəfat etmişdir. Hər iki vəfat hadisəsində valideynlər yaşlı olduqları ölüm şəhadətnamələrini almağı unutmuşlar. Hazırda valideynlərindən qalan miras üzərində hüquqlarını rəsmiləşdirmək üçün ölüm faktının müəyyən edilməsini tələb edir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndə həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də o, hər iki şəxsin ölüm faktının müəyyən edilməsi üçün məcbur olub məhkəməyə müraciət edib. Ölüm faktının qeyd olunması ona miras məsələlərini həll etmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, qardaşı X22 Federasiyasında öldüyünü, nəşinin Lənkəran şəhərinə gətirilib Kiçik Bazar qəbiristanlığında dəfn edildiyini, bacısı Gülnar Calalovanın isə evdə dəm qazından boğularaq vəfat etdiyini, onun da qeyd edilən qəbiristanlıqda dəfn edildiyini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs qanunvericilikdə göstərilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirmişdir ki, mərhumlar onun xalasıoğlu və xalasıqızı idi, xalasıoğlu Rusiyada vəfat edib, Rusiyaya iş üçün getmişdir, xalası qızı isə hamamda boğulmuşdur. Hər iki şəxs kiçikbazar qəbiristanlığda dəfn olunublar, ölüm faktlarını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X11 bildirmişdir ki, ərizəçinin dayısı gəlnidir, Gülnar o gəlin gəlməmişdən öncə rəhmətə gedib, Elnur isə sonradan rəhmətə gedib, hüzr mərasimdə iştirak edib, mərhumlar kiçik bazar qəbiristanlığında dəfn olunublar. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır, ərizəçi ailədə 3 uşaq olmuşlar, ən böyük yaşlı ərizəçi sonra Elnur sonra da Gülnar xanım olmuşdur. Elnurun rəhmətə gedməsin birdəfəlik xəbərləri olmuş, Gülnar xanım isə dəm qazından boğulmuş, dəfnlərdə iştirak etmiş və mərhumlar kiçik bazar qəbiristanlığında dəfn olunublar. Ölüm faktlarını təsdiq edir, Məhkəmə iclasında iştirak edən şahid X10 bildirmişdir ki, Lənkəran şəhər MİS-də işləyir. Ərizəçi həm kəndçiləri, həm də qohumluqları var. Ərizəçi ilə mərhum qardaş və bacısı olmaqla ailədə 3 övlad olmuşlar. 2020-ci ildə Gülnar dəm qazından boğulub gənc yaşda ölmüşdür. Elnur isə Rusiyada vəfat etmiş, mərasim Lənkəran şəhərində mikrorayon ərazisində keçirilmişdir. Bu hadisələri dəqiq xatırlayır. Ölüm faktlarını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X14 bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır. Ərizəçi ailədə ana-ata və 3 uşaq olmuşlar, 29 oktyabr 2000-ci il tarixdə Gülnar xanım boğularaq, Elnur isə 25 iyul 2011-ci il tarixdə Rusiyada vəfat etmişdir. Dəfnlərdə iştirak etmişdir. Ölüm faktlarını təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Maraqlı şəxsnə ərizəçi müraciət etmiş, Maraqlı şəxs 26 iyul məktubu ilə müəyyən olunur ki, ölüm faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunub. Lənkəran şəhər Bələdiyyəsinin arayışlarından görünür ki, hər iki şəxs Kiçik Bazar qəbiristanlığında dəfn olunmuşdur. 15 yanvar 1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X13 25 iyul 2011-ci ildə və 23 noyabr 1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X8 29 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. Foto-şəkillərdən görünür ki, qəbir daşında 15 yanvar 1976-cı il tarixdə doğulmuş X13 25 iyul 2011-ci ildə vəfat etdiyi, digər qəbir daşında isə 23 noyabr 1981-ci il tarixdə doğulmuş X8 29 oktyabr 2000-ci il tarixdə vəfat etməsi qeyd olunub. Ödəniş qəbzin surətindən görünür ki, 100 manat Lənkəran Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsindən ötrü ödəniş olunmuşdur 30 iyul 1967-ci ilin yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilədən və dövlət mənzillərinin şəxsi mülkiyyəti verilməsi haqqında xx.xx.1993-cü il tarixli sərəncamın surətindən aydın olur ki, Lənkəran şəhəri Abbasov küçəsində yerləşən mülkiyyət X5 və onun anası X6 şəxsi mülkiyyətinə keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X7 2011-ci il iyul ayının 25-də və mərhum X3 2000-ci il oktyabr ayının 29-da Lənkəran şəhərində vəfat etməsi faktı öz təsdiqini tapır. Buna görə də, Ərizəçi ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, arxivdə ölüm haqqında akt qeydi olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Şahidlərin izahatlarından, Lənkəran Bələdiyyəsinin arayışlarından, foto-şəkillərdə görünən qəbir daşlarından X7 2011-ci il iyul ayının 25-də və mərhum X3 2000-ci il oktyabr ayının 29-da Lənkəran şəhərində vəfat etməsi faktı öz təsdiqini tapır. X7 2011-ci il iyul ayının 25-də və mərhum X3 2000-ci il oktyabr ayının 29-da Lənkəran şəhərində vəfat etməsi faktının qeyd olunması ərizəçi üçün 30 iyul 1967-ci ilin yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilədən və dövlət mənzillərinin şəxsi mülkiyyəti verilməsi haqqında xx.xx.1993-cü il tarixli sərəncamlarından müəyyən olunur ki, ərizəçi üçün müvafiq vərəsəlik və digər hüquqlarını həyata keçirmək üçün əhəmiyyət kəsb edir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X7 25 iyul 2011-ci il tarixdə və xx.xx.1981-ci il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X3 29 oktyabr 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə Lənkəran şəhərində doğulmuş X7 25 iyul 2011-ci il tarixdə və xx.xx.1981ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 29 oktyabr 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3415/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3415/2025
05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver