Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-343/2023 09.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Qanuni nümayəndə və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehbulla oğlu, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı «əmlak» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq dəsti 1 dəst (kravat, şifoner, termo, tubmuçka) 1500 AZN, tüklü xalça 2 ədəd 140 AZN, çilçıraq 1 ədəd 60 AZN, dekor pərdə 1 ədəd 50 AZN, taxt döşəyi 1 ədəd 50 AZN, tək döşək 2 ədəd 50 AZN, taxt yorğanı 1 ədəd 50 AZN, tək yorğan 2 ədəd 60 AZN, taxt balışı 2 ədəd 20 AZN, balış 4 ədəd 40 AZN, silikon balış 2 ədəd 10 AZN, kravat üstü 3 ədəd 120 AZN, qalın ədyal 3 ədəd 120 AZN, nazik adyal 2 ədəd 50 AZN, pastel dəsti 7 dəst 150 AZN, bənövşəyi ədyal 1 ədəd 20 AZN, paltaryuyan maşın 1 ədəd 600 AZN, soyuducu 1 ədəd 900 AZN, aspirator 1 ədəd 90 AZN, qaz sobası 1 ədəd 90 AZN, mətbəx mebeli 1 dəst 1000 AZN, xalça 1 ədəd 70 AZN, pərdə 1 ədəd 15 AZN, ətçəkən maşın 1 ədəd 50 AZN, şirəçəkən 1 ədəd 50 AZN, mikrodalğalı soba 1 ədəd 120 AZN, qaşıq, bıçaq naboru çamadan 1 ədəd 80 AZN, tefal qazan dəsti 1 dəst 150 AZN, çuqun qazan naboru 1 dəst 50 AZN, divan kreslo dəsti 1 dəst 1000 AZN, stol,stul qabyığan qorka kamot 1 dəst 1000 AZN, televizor altlığı 1 ədəd 30 AZN, böyük xalça 1 ədəd 120 AZN, çilçıraq 1 ədəd 150 AZN, dekor pərdə 1 ədəd 50 AZN, xrustal güldan 2 ədəd 100 AZN, xrustal meyvə qabı 1 ədəd 120 AZN, xrustal ayaqlı konfet qabı 1 ədəd 120 AZN, xrustal balaca konfet qabı 2 ədəd 30 AZN, çaşka dəsti 3 dəst 35 AZN, divan üstü 1 ədəd 60 AZN, miz üstü 4 dəst 70 AZN, çay servisi 1 dəst 200 AZN, nahar (obednıy) servis 1 dəst 200 AZN, superboru servis 1 ədəd 40 AZN, konyak servisi 1 ədəd 10 AZN, xrustal taraş stəkan 12 ədəd 40 AZN, xrustal armudu stəkan 12 ədəd 40 AZN, qızdırıcı (atapleniya) 1 ədəd 100 AZN, təlis naboru 1 nabor 40 AZN, təlis dəsti 5 ədəd 25 AZN, qətfə dəsti 1 dəst 20 AZN, kavrolet, daroşka xalçası ilə birlikdə 2 ədəd 40 AZN, televizor 1 ədəd 500 AZN, tozsoran 1 ədəd 70 AZN dəyərində əmlaklarının və ya onların dəyəri 9930 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun, cəmi 10050 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehbulla oğlu, Cavabdeh3, X2 və Cavabdeh5 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Cavabdehlərdən Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 21 yanvar 2016-cı il tarixdə Yusif, 28 iyul 2018-ci il tarixdə isə Rüqəyya adlı iki uşağı anadan olmuşdur. Cavabdeh1 ilə ailə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşasalar da, sonralar aralarında narazılıqlar yaranmağa başlamışdır. Artıq bir neçə müddətdir ki, uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdehlərin evinə gəlin köçərkən valideynləri tərəfindən ona cehiz əşyalar hədiyyə edilmişdir. Halhazırda həmin əmlaklar cavabdehlərin evindədir. O, əmlaklarını cavabdehlərdən tələb etsə də onlar könüllü surətdə heç bir səbəb olmadan ona məxsus olan əmlakları vermək istəmirlər. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh1 məhkəməyə ünvanladığı etirazda, onlara məxsus evdə iddiaçının cehiz əşyalarından xrustal balaca konfet qabının, xrustal taraş stəkanın, xrustal armudu stəkanın, qızdırıcının (atapleniya) olmadığını, kavrolet gətirilmədiyini, lakin 2 ədəd daroşkanın onların evində olduğunu, mətbəx mebelinin atası Allahverdi tərəfindən onlara məxsus evin mətbəxində quraşdırıldığını, iddiaçının tələb etdiyi 3 ədəd qalın odeyaldan ikisinin evdə olduğunu, iddia ərizəsində qeyd edilmiş 3 dəst çaşka dəstindən 2 dəstinin evdə olduğunu, tozsoranın isə işləmədiyini qeyd edərək, iddia tələbində göstərilən qalan digər bütün əşyaların onlara məxsus evdə olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının cehiz əmlaklarından, 1 dəst yataq dəsti (kravat, şifoner, termo, tubmuçka), 2 ədəd tüklü xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 2 ədəd taxt balışı, 4 ədəd balış, 2 ədəd silikon balış, 3 ədəd kravat üstü, 2 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 7 dəst pastel dəsti, 1 ədəd bənövşəyi ədyal, 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaşıq, bıçaq naboru çamadan, 1 dəst tefal qazan dəsti, 1 dəst çuqun qazan naboru, 1 dəst divan kreslo dəsti, 1 dəst stol, stul qabyığan qorka kamot, 1 ədəd televizor altlığı, 1 ədəd böyük xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 2 ədəd xrustal güldan, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal ayaqlı konfet qabı, 2 dəst çaşka dəsti, 1 ədəd divan üstü, 4 dəst miz üstü, 1 dəst çay servisi, 1 dəst nahar (obednıy) servis, 1 ədəd superboru servis, 1 ədəd konyak servisi, 1 nabor təlis naboru, 5 ədəd təlis dəsti, 1 dəst qətfə dəsti, kavrolet, 2 ədəd daroşka, 1 ədəd televizor, 1 ədəd tozsoran atası Cavabdeh2 məxsus evdədir. Mətbəx mebeli atası tərəfindən iddiaçı onların evinə gəlin gəlməzdən əvvəl quraşdırılmışdır. Qeyd edilənlərdən başqa, iddiaçıya məxsus heç bir əşya onların evində yoxdur. İddianı da həmin hissədə qəbul edir, qalan hissədə, yəni iddia ərizəsində göstərilən, lakin onların evində mövcud olmayan əşyalar hissəsində qəbul etmir. Məhkəmənin sonuncu iclası istisna olmaqla digər iclaslarında iştirak etmiş Cavabdeh3 digər Cavabdeh1 tərəfindən verilmiş etirazın dəlillərinə uyğun izahat verərək iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehbulla oğlu, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iş üzrə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 21 yanvar 2016-cı il tarixdə Yusif, 28 iyul 2018-ci il tarixdə isə Rüqəyya adlı iki uşağı anadan olmuşdur. Cavabdeh1 ilə ailə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşasalar da, sonralar aralarında narazılıqlar yaranmağa başlamışdır. İddiaçı uşaqları ilə birlikdə hazırda valideynlərinin himayəsində yaşayır. Valideynləri tərəfindən ona cehiz əşyalar şəklində hədiyyə verilmiş, iddia ərizəsində göstərdiyi əmlakları, onlar olmadıqda isə dəyərini cavabdehlərdən tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edərək, etirazda qeyd edilən əşyalar istisna olmaqla, qalan bütün əşyaların onlara məxsus evdə olduğunu, həmin əşyaların iddiaçıya qaytarılmasına etirazlarının olmadığını bildirirlər. İddia tələbindən görünür ki, iddiaçı ona məxus əmlakların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus hesab edilən əmlaklara dair hissədə iddianın qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsidir, yalnız həmin maddənin dispozisiya şərtləri tam şəkildə sübuta yetirildikdə iddia təmin edilə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə;
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan əmlakların mövcudluğu, həmin əmlakların iddiaçıya məxsus olması, həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddia tələbində qeyd olunan əşyalardan 1 dəst yataq dəsti (kravat, şifoner, termo, tubmuçka), 2 ədəd tüklü xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 2 ədəd taxt balışı, 4 ədəd balış, 2 ədəd silikon balış, 3 ədəd kravat üstü, 2 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 7 dəst pastel dəsti, 1 ədəd bənövşəyi ədyal, 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaşıq, bıçaq naboru çamadan, 1 dəst tefal qazan dəsti, 1 dəst çuqun qazan naboru, 1 dəst divan kreslo dəsti, 1 dəst stol, stul qabyığan qorka kamot, 1 ədəd televizor altlığı, 1 ədəd böyük xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 2 ədəd xrustal güldan, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal ayaqlı konfet qabı, 2 dəst çaşka dəsti, 1 ədəd divan üstü, 4 dəst miz üstü, 1 dəst çay servisi, 1 dəst nahar (obednıy) servis, 1 ədəd superboru servis, 1 ədəd konyak servisi, 1 nabor təlis naboru, 5 ədəd təlis dəsti, 1 dəst qətfə dəsti, kavrolet, 2 ədəd daroşka, 1 ədəd televizor və 1 ədəd tozsoranın mövcudluğu və həmin əmlakların iddiaçıya məxsusluğu işin mübahisəsiz hallarıdır. Belə ki, Cavabdeh1 etirazında, həmçinin iş üzrə digər cavabdehlər Günel Məmmədova və Cavabdeh3 məhkəmə iclasında verdikləri izahatlarda həmin əmlakların iddiaçıya məxsus olmasını və onların yaşadığı evdə olmasını bildirmişdir. Bu halda İddiaçı iddianın həmin hissəsində sübutetmə yükündən azaddır. Eyni zamanda İddiaçı iddia tələbində qeyd olunan digər əşyaların, yəni mətbəx mebeli, qalın odeyalın 3 ədəd olması, çaşka dəstinin 3 dəst olması, xrustal balaca konfet qabı, xrustal taraş stəkan, xrustal armudu stəkan, qızdırıcı (atapleniya) və kavroletin mövcudluğu, və cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin digər qeyd olunan cehiz əmlak əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, həmin əşyaların mövcudluğu, iddiaçıya məxsus olmasını və cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından qeyd oluna halları təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, 1 dəst yataq dəsti (kravat, şifoner, termo, tubmuçka), 2 ədəd tüklü xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 2 ədəd taxt balışı, 4 ədəd balış, 2 ədəd silikon balış, 3 ədəd kravat üstü, 2 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 7 dəst pastel dəsti, 1 ədəd bənövşəyi ədyal, 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaşıq, bıçaq naboru çamadan, 1 dəst tefal qazan dəsti, 1 dəst çuqun qazan naboru, 1 dəst divan kreslo dəsti, 1 dəst stol, stul qabyığan qorka kamot, 1 ədəd televizor altlığı, 1 ədəd böyük xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 2 ədəd xrustal güldan, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal ayaqlı konfet qabı, 2 dəst çaşka dəsti, 1 ədəd divan üstü, 4 dəst miz üstü, 1 dəst çay servisi, 1 dəst nahar (obednıy) servis, 1 ədəd superboru servis, 1 ədəd konyak servisi, 1 nabor təlis naboru, 5 ədəd təlis dəsti, 1 dəst qətfə dəsti, kavrolet, 2 ədəd daroşka, 1 ədəd televizor və 1 ədəd tozsoranın yaxud da həmin əmlaklar olmaqdıqda onların dəyəri 8668 (səkkiz min altı yüz altmış səkkiz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehbulla oğlu, Cavabdeh3, X2 və Cavabdeh5 alınaraq İddiaçı verilməsi hissəsində iddia əsaslıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 1 dəst yataq dəsti (kravat, şifoner, termo, tubmuçka), 2 ədəd tüklü xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 2 ədəd taxt balışı, 4 ədəd balış, 2 ədəd silikon balış, 3 ədəd kravat üstü, 2 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 7 dəst pastel dəsti, 1 ədəd bənövşəyi ədyal, 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaşıq, bıçaq naboru çamadan, 1 dəst tefal qazan dəsti, 1 dəst çuqun qazan naboru, 1 dəst divan kreslo dəsti, 1 dəst stol, stul qabyığan qorka kamot, 1 ədəd televizor altlığı, 1 ədəd böyük xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 2 ədəd xrustal güldan, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal ayaqlı konfet qabı, 2 dəst çaşka dəsti, 1 ədəd divan üstü, 4 dəst miz üstü, 1 dəst çay servisi, 1 dəst nahar (obednıy) servis, 1 ədəd superboru servis, 1 ədəd konyak servisi, 1 nabor təlis naboru, 5 ədəd təlis dəsti, 1 dəst qətfə dəsti, kavrolet, 2 ədəd daroşka, 1 ədəd televizor və 1 ədəd tozsoran, həmin əmlaklar mövcud olmadıqda isə onların dəyəri 8668 (səkkiz min altı yüz altmış səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehbulla oğlu, Cavabdeh3, X2 və Cavabdeh5 alınaraq İddiaçı verilməli, iddia qismən təmin edildiyindən 104,75 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 15,25 manat hissəsi isə iddaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 1 dəst yataq dəsti (kravat, şifoner, termo, tubmuçka), 2 ədəd tüklü xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 2 ədəd taxt balışı, 4 ədəd balış, 2 ədəd silikon balış, 3 ədəd kravat üstü, 2 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 7 dəst pastel dəsti, 1 ədəd bənövşəyi ədyal, 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaşıq, bıçaq naboru çamadan, 1 dəst tefal qazan dəsti, 1 dəst çuqun qazan naboru, 1 dəst divan kreslo dəsti, 1 dəst stol, stul qabyığan qorka kamot, 1 ədəd televizor altlığı, 1 ədəd böyük xalça, 1 ədəd çilçıraq, 1 ədəd dekor pərdə, 2 ədəd xrustal güldan, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal ayaqlı konfet qabı, 2 dəst çaşka dəsti, 1 ədəd divan üstü, 4 dəst miz üstü, 1 dəst çay servisi, 1 dəst nahar (obednıy) servis, 1 ədəd superboru servis, 1 ədəd konyak servisi, 1 nabor təlis naboru, 5 ədəd təlis dəsti, 1 dəst qətfə dəsti, kavrolet, 2 ədəd daroşka, 1 ədəd televizor və 1 ədəd tozsoran, həmin əmlaklar mövcud olmadıqda isə onların dəyəri 8668 (səkkiz min altı yüz altmış səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehbulla oğlu, Cavabdeh3, X2 və Cavabdeh5 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. 104,75 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, ödənilmiş dövlət rüsumunun 15,25 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nicat Ağabəyov