Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3449/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyun 1926-cı il tarixdə Lənkəran rayonunun Xolmili kəndində doğulmuş X5 12 dekabr 1985-ci il tarixdə Lənkəran rayonunun Xolmili kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X6, anası isə X7r. X6 əslən Lənkəran rayonunun Xolmili kəndindəndir və xx.xx.1971-ci ildə vəfat etmiş və həmin kənddə də dəfn edilmişdir. Ondan başqa beş bacısı X16, X17, X10, X14 və X15 və bir qardaşı X19 vardır. Qardaşı - X19 xx.xx.2018-ci il tarixdə, bacısı - X15 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Digər bacıları isə ailə qurmuşlar və ayrı yaşayırlar. X9 12 dekabr 1985-ci ildə şəkər xəstəliyindən vəfat etmiş və onun cənazəsi atası Lənkəran rayonunun Xolmili kənd qəbristanlığında dəfn olunmuşdur. X4 ölən günə kimi onun yanında. Lənkəran şəhərində yaşamışdır. Lakin, atası Xolmili kəndində dəfn olunduğu üçün anasının da cənazəsi həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt başları hüzr mərasiminə qarışdığından X4nın ölümünə dair şəhədaətnamə almaq üçün Maraqlı şəxsnə vaxtında müraciət edə bilməmişlər. Anasının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiklədən onun ölümü haqqında şəhadətnaməni də ala bilməmişlər. Maraqlı şəxsnə anamsının ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsə də. qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımdır. Əlavə olaraq bildirir ki. X4 ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum və ailə üzvlərinin hamısı iştirak etmişlər. Anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiklərindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, mərhum X9 onun anasıdır. X22 25 iyun 1926-cı ildə anadan olmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Xolmili kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X14 göstərmişdir ki, mərhum X9 onun anasıdır. X22 25 iyun 1926-cı ildə anadan olmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Xolmili kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X12 göstərmişdir ki, mərhum X9 onun qonşusu olmuşdur. X22 25 iyun 1926-cı ildə anadan olmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Xolmili kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, mərhum X9 onun qayınanasıdır. X22 25 iyun 1926-cı ildə anadan olmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Xolmili kəndinin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 03-16-5/8-10-725/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 60 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1985-ci ildə anadan olmuş X9 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 12-34-114 №-li arayışından görünür ki, xx.xx.1926-cı il təvəllüdlü X1 qəbristanlığında dəfn olunmuşdur. SSRİ vətəndaşının İİİ-ЖГ 616253 №-li nömrəli pasportunun surətindən görünür ki, X9 25 iyun 1926-cı il tarixdə Lənkəran rayonunun Xolmili kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin anası xx.xx.1926-cı ildə doğulmuş X9 xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Xolmili kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1926-cı ildə doğulmuş X5 xx.xx.1985-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1926-cı ildə doğulmuş X5 xx.xx.1985-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3449/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3449/2024
20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver