Məhkəmə qərarları › İş №2(049)-3481/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3481/2023

27.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3481/2023 27.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinin Maraqlı şəxs qarşı «Barşıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Müseyib oğlu ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-02261 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2019-ci il tarixdə anadan olmuş X2 az yaşlı uşağ anası Ərizəçi yanında saxlanılsın və xx.xx.2019-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanədək hər ay 70 manat sabit pul məbləğində aliment Maraqlı şəxs Müseyib oğlundan alınıb Ərizəçi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması və ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Ərizəçinin Maraqlı şəxs qarşı «Barşıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar