Məhkəmə qərarları › İş №2(049)-350/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-350/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-350/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etdiyi “hüquqi faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1nun 3 yanvar 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Lənkəran rayonunun Vilvan kəndində ailə üzvləri lə birlikdə yaşamaqla, fərdi təsərrüfatla məşğul olur. Ölüm faktının müəyyən edilməsinə dair barəsində müraciət etdiyi şəxs X9 doğma qardaşıdır. X1 Azərbaycan Respublikasının vətəndaşı olsa da, 1999-cu ildən başlayaraq Rusiya Federasiyasının Sverdlovsk şəhərində yaşamaqla, orada fəaliyyət göstərmişdir. 03 yanvar 2000-ci ildə qardaşı X12 şəhərində vəfat etmişdir. Həmin məlumatı əldə etdikdən sonra onun meyitini Lənkəran rayonu, Vilvan kəndinə gətirməklə kənddə yerləşən “Baba Şeyx” qəbiristanlığında dəfn etmişlər. Həmin xüsusatı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli arayış bir daha təsdiq edir. Mərhum X1nun xüsusi mülkiyyətində olan 0,11 ha torpaq sahəsi Lənkəran rayonu, Vilvan kəndində yerləşir. Qeyd olunan pay torpaq sahəsi Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarı ilə verilmişdir. Həmin xüsusatla bağlı X1nun adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surəti əsasdır. Qardaşı T.Ş.Veysəlov vəfat edən vaxta qədər subay olduğundan, yəni arvadı və uşaqları olmadığından (ata və ana çoxdan vəfat etmişlər), habelə ikinci növbəli vərəsələr qismində digər bacı və qardaşları onlara çatası paydan onun xeyrinə imtina etdiklərindən yaxın keçmişdə Lənkəran 1 saylı Notariat Kontoruna müraciət etməklə X1nun xüsusi mülkiyyətində olan pay torpaq sahəsinə münasibətdə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin notarius həmin mübahisənin həlli ilə bağlı zəruri olan bütün sənədləri tələb etməklə yanaşı, eyni zamanda mərhum X1nun ölüm şəhadətnaməsinin surətini də tələb etmişdir. Ona görə də o Maraqlı şəxsnə müraciət etməklə qardaşıyla bağlı ölüm şəhadətnaməsinin surətinin ona verilməsini xahiş etmiş, lakin qardaşı T.Ş.Veysəlovun ölümü üzrə qeydiyyat aparılmadığından həmin sənədin ona verilməsi mümkün olmamışdır. Qeyd olunan xüsusatı Maraqlı şəxs tərəfindən verilmiş müvafiq sənədlər bir daha təsdiq edir. Hazırki ərizəyə əlavə etdiyim təsdiqedici sənədlər və Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli arayışla yanaşı, mərhum X1nun 03 yanvar 2000-ci ildə həqiqətən vəfat etməsi və vəfat etdikdən sonra Vilvan kəndində yerləşən “Baba Şeyx” qəbiristanlığında dəfn olunması faktını təsdiq edən fotoşəkildə əlavə etmişdir. Ölüm faktın müəyyən edilməsinin zəruriliyi vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlıdır. Həmin sənədi başqa yolla əldə edə bilmədiyinə görə faktın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi iddiasını müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, X8yla əminəvəsi, eyni zamanda da qonşu olmuşlar. Tələt Veysəlov 2000-ci ilin yanvar ayının 3-ü Lənkəran rayonun Vilvan kəndində dəfn edilmiş, o mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 mərhum X8 ilə qonşu olmuşlarş. X2 2000-ci ilin yanvar ayının 3-ü Lənkəran rayonun Vilvan kəndində dəfn edilmiş, o mərhumun dəfnində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Maraqlı şəxs 24 yanvar 2023-cü il traixli, 258 nömrəli arayışından görünür ki, X9 28 iyul 1967-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuşdur. X3 qızı, atası X5r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 15 noyabr 2022-ci il tarixli Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk şəhərində vəfat etmiş və Lənkəran rayonun Vilvan kəndində yerləşən” Baba Şeyx” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Maraqlı şəxs 12 oktyabr 2022-ci il traixli, 3632 nömrəli arayışından görünür ki, X4 barəsində 2000ci ilə aid ölüm haqqında akt aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, X6 Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 0.11 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Maraqlı şəxs 12 noyabr 2022-ci il tarixli, 1514 nömrəli məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş fotoşəkildən görünür ki, fotoşəkildə məzar təsvir edilmiş, məzarın üzərində “X11 28.07.167-xx.xx.2000” yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, 28 iyul 1967-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş X4 2000-ci il yanvar ayının 03-də Lənkəran rayonu Vilvan kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də ərizəçi, X2nun qardaşı, Ərizəçi ərizəsi təmin edilməlidir. X4 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Eləcə də, hazırda ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün ölüm haqqında şəhadətnaməsinin alınması zərurət olmuşdur. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 iyul 1967-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş X4 03 yanvar 2000-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar