Məhkəmə qərarları › İş №2(049)-3508/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3508/2024

20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3508/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X21, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildə anadan olmuş X7 11 iyul 1998-ci il tarixində Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1965-ci il tarixdə Lənkəran rayonu anadan olmuşdur. X2, atası isə X15 olmuşlar. Onların birgə nikahından özüdə də daxil olmaqla 7 uşaqları olmuşdur. Onların övladlarından üçü vəfat etmiş, qalanları isə hazırda sağdılar. Ölənlər qardaşları İslam, Arzuman və Əflatundur. Onlardan İslam və Arzuman vəfat edərkən onlar üçün ölüm haqqında şəhadətnamə götürülmüş, qardaşı Əflatun isə xx.xx.1998-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və Lənkəran şəhərində yerləşən "Böyük bazar" qəbristanlığda dəfn olunmuşdur. Qardaşı Əflatun vəfat edərkən hüzr mərasimində olduğu üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra X3nun ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində X3 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə mənə arayış verildi. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o, X3nun ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. X3 evlənməmiş və onun uşaqları yoxdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, ərizəçi və mərhumun xalası oğludur. X31 hərbi xidmətdən sonra psixi xəstəliyə tutulmuşdur. Səhv etmirsə mərhum 11 iyul 1998-ci il tarixdə Lənkəran şəhərində ölmüş, o, dəfnfə və hüzr mərasimində iştirak etmişdir. Mərhumu Böyük Bazar qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Mərhum Əflatun isə cavan vaxtı tanımışdır. Bildiyinə görə mərhum hərbi xidmətdən sonra psixi xəstəliyə tutulmuşdur. Səhv etmirsə mərhum 11 iyul 1998-ci il tarixdə Lənkəran şəhərində ölmüş, o, dəfnfə və hüzr mərasimində iştirak etmişdir. Mərhumu Böyük Bazar qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, ərizəçi və mərhumun dayısı oğludur. X31 hərbi xidmətdən sonra psixi xəstəliyə tutulmuşdur. Səhv etmirsə mərhum 11 iyul 1998-ci il tarixdə Lənkəran şəhərində ölmüş, o, dəfnfə və hüzr mərasimində iştirak etmişdir. Mərhumu Böyük Bazar qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, X16 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 432822 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə X1 rayonu Şilavar kəndində doğulmuşdur. X2, atası X11r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 441086 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə Əmirov X19 rayonu Avrora kəndində doğulmuşdur. X4, atası X11r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 27 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X15 ilə X10 arasında nikah xx.xx.1962-ci il tarixdə Lerik rayonu, Siyov kənd icra nümayəndəliyində 54 sayla rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Əmirov, arvada Murşudova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Rayon Mərkəzi X20 şəxsi Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cu il tarixli 129 saylı mətubundan göünür ki, X7 ölümüylə bağlı xəstəxanaya müraciət olunmağından ölüm faktını qeyd edə bilməmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli, 61/1 nömrəli Lənkəran bələdiyyəsinin arayışından görünür ki, Lənkəran rayon sakini X16 11 iyul 1998-ci ildə “Böyük bazar” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, X13 və X6 Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə 0.06 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbr daşının fotoşəlillərdən görünür ki, X16 xx.xx.1998-ci il tarixdə vəfat etmişir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X16 xx.xx.1998ci ildə Lənkəran şəhərində ölməsi və dəfn edilməsi şahidlərin ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X16 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 22 aprel 1974-ci il tarixdə Lənkəran rayonun Şilavar kəndində doğulmuş X16 11 iyul 1998-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 22 aprel 1974-ci il tarixdə Lənkəran rayon, Şilavar kəndində doğulmuş X7 11 iyul 1998-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar