Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3534/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025- ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00126 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il təvəllüdli X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat alimentin saziş qüvvəyə mindiyi vaxtdan Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə yaşadığı müddətdə xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün məhkəmə qaydasında ayrılmışılar. Ayrıldıqdan sonra cavabdeh uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət edib. Aşur ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00126 saylı barışıq sazişi imzalayıblar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay uşağa görə 200 manat ona aliment ödəsin. Lakin Aşur barışıq sazişi imzaladığı bir neçə gün sonra iddiaçıya deyib ki, sənə aliment ödəməyəcəyəm və artıq neçə aya yaxındır ki, alimenti ödməkdən yayınır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00126 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması hər ay bir uşağa görə 200 manat alimentin ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasındakı izahatında və məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, ərizəçinin qeyd etdikləri həqiqəti əks etdirmir. Məhkəmə qərarının öz leyhinə çıxması üçün ona atılan böhtandır. Əlavə olaraq bildirmək istəyir kı, o, maddi imkanı daxilində övladı üçün yardım etməyə çalışır. Lakin qarşı tərəf bu vəziyyəti əsas gətirərək övladıyla telefon vasitəsilə belə ünsiyyət qurmağına icazə vermir. Avqust ayının 9-dan etibarən ümumiyyətlə övladı haqqında heç bir məlumatı yoxdur. Müvəqqəti təminat tədbiri çərçəvəsində verilən 1 aylıq qerar xaricində 6 aya yaxın bir müddətdə övladını görməmişdir. Hal-hazırda işsizdir və 200 manat alimenti ödəmək onun üçün çox çətindir. Barışıq sazişini özü imzalamışdır. Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, maraqlı şəxsin izahatını dinləyərək belə qənaətə gəlir ki, ərizə tələbi təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00126 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1162/2025 saylı, 20 avqust 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X5 ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış, xx.xx.2021-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində 185 nömrə ilə qeyd edilən nikah pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə doğulmuş X6 adlı yetkinlik yaşına çatmayan uşağın nikahın pozulmasından sonra iddiaçı X1 yanında qalması və onun saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi ilə bağlı tərəflərin mediasiya prosesində öz aralarında könüllü razılığa gələrək barışıq sazişi bağladıqları nəzərə alınmışdır. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00126 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3534/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3534/2025
22.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver