Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3594/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran rayon məhkəməsi hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02009 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X7 atası Maraqlı şəxs olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə yaşadıqlar müddətdə xx.xx.2018-ci ildə Banu adlı uşaqları doğulmuşdur. Lakin uşaq anadan olduğu vaxt əvvəllər nikahda olduğu X3 adına qeyd edilmişdir. Bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etməsinə baxmayaraq məhkəmə qaydasında yeni atalıq faktının müəyyən edilməsi halında bunun mümkün olduğunu bildirmişlər.Bununla bağlı əvvəl nikahda olduğu Elşən Axundzadə və hazırki həyat yoldaşı Maraqlı şəxs ilə danışıb məhkəmədən əvvəl mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs bir nəfər xx.xx.2018-ci il təvəllüdlü X7 atası olmasını etiraf etmiş, MŞL/MT014/2023-02009 saylı barışıq sazişi imzalanmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasya prosesində bağlanmış MŞL/MT014/2023-02009 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2018-ci il təvəllüdlü X7 atası Maraqlı şəxs Nizam oğlu olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxsməhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİ HİSSƏ İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və ərizəçi X4 nikahları xx.xx.2017-ci il tarixdə Girdəni kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, 09 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərizəçiyə Axundzadə soyadı verilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında bağlanmış nikaha, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş və xx.xx.2021 ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 179 sayla qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur, atası qrafasında X9, anası qrafasında isə X10 qeyd edilmişlər. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və ərizəçi X4 nikahları xx.xx.2021-ci il tarixdə 11 saylı Bakı Asan Xidmət Mərkəzində, 2617 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərizəçiyə İbrahimzadə soyadı verilmişdir. 1 saylı X6 xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02009 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 atası olduğunu etiraf etmişdir. Banu Axundzadənin doğum şəhadətnaməsində ata kimi qeyd edilmiş X9 isə bildirmişdir ki, o, Banu Axunzadənin bioloji atası deyil, həmin uşaq onunla Aytac Axunzadənin rəsmi nikahda olduqları dövrdə doğulsa da, faktiki olaraq onlar həmin dövrdə ər-arvad kimi bir yerdə yaşamamışlar. Həmin dövrdə Aytac Elməddinlə faktiki olaraq ailə münasibətlərində olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş sənədlərdən məlum olur ki, X1 Elşən Vüqar oğlu ilə xx.xx.2017-ci il tarixdə Girdəni kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, rəsmi nikaha girmiş və nikahları bağlandıqdan sonra arvada Axundzadə soyadı verilmişdir. Tərəflərin rəsmi nikahları olsalar da, ayrı yaşamışlar. Ayrıldıqdan sonra X10 Maraqlı şəxs ilə nikahdan kənar ailə qurmuş və xx.xx.2018-ci il tarixdə onların Banu adlı övladları doğulmuşdur. X2 rəsmi nikahı Elşən Axundzadə ilə olduğundan uşağın doğum şəhadətnaməsinin ata adı qrafasında X13 qeyd olunmuşdur. Üçtərəfli bağlanılmış barışıq sazişində uşağın anası Aytac və Elməddin Banunun bioloji atası olduğunu Elşən isə uşağın bioloji atası olmadığını bildirmişlər. Məhkəmə hesab edir ki barışıq sazişində qeyd olunmuş fakt təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X7 atası olması nəzərə alanmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən sazişin birinci tərəfi 25 sentyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02009 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Ərizəçi ilə qeyri-rəsmi münasibətindən doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 atası olmasını etiraf etməsi nəzərə alınsın. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №2(049)-3594/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3594/2023
05.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver