Məhkəmə qərarları › İş №2(049)-3647/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3647/2022

22.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3647/2022 22.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı aliment tələbi üzrə xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuş, nikah xx.xx.2008-cü ildə rəsmiləşdirilmişdir Birgə yaşadığı müddət xx.xx.2011-ci ildə X3 və xx.xx.2015-ci ildə X4 adlı iki nəfər uşağı olmuşdur. Bir müddət yaşadıqdan son ayrılmışlar, ayrıldıqdan sonra Mircalal uşaqlara baxmadığından və uşaqların xərcləri qarşılmamışdır. Mircalal hazırda işləyir və aylıq gəliri vardır və onunla xx.xx.2022-ci il mediasiya prosesində MŞL-01661 saylı barışıq sazişi imzalamışdır. Barışıq sazişinə görə Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat məbləğində aliment pulunu mənə ödəyəcəkdi. Alimentin ödənilməsini isə hər ayı 15-də edəcəkdi. Lakin Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqdan bir neç ay sonra xəbər göndərdi ki, imkanı çatdığı qədər aliment ödəyəcək. Halbuki, Mircalaı barışıq sazişi imzalayanda hər ay bir uşağa görə 100, iki uşağa görə 200 manat aliment verəcəyini söz vermişdi. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ild mediasiya prosesində MŞL-01661 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnam çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Tərəflərin məhkəməyə göndərdikləri ərizələrdən görünür ki, işin mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞL-01661 saylı Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimentin Ərizəçi ödənilməsi barədə öhdəlik götürmüşdür. İş nateriallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 09.0202015-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş nateriallarına əlavə edilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Məhkəmə işin hallarına dair iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimentin Maraqlı şəxs alınıb Ərizəçi verilməsi haqqında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-01661 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar