Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3657/2024 21.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 1982-ci ildə anadan olmuş X6 11 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Parakənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək 25 yanvar 1982-ci ildə anadan olmuş X6 07 iyun 2023-cü il tarixdə Lənkəran rayonu, Parakənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu Hirkan qəsəbəsində anadan olmuşdur. Hazırda da həmin qəsəbədə yaşayır. O, X11 ilə 2006-cı ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Gülaman və 09.11,2010-cu il tarixdə Qəmər adlı 02 (iki) övladları dünyaya gəlmişdir. Sonradan aralarında baş vermiş narazılığa görə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Sabiq əri X11 11 mart 2023-cü tarixdə vəfat etmiş və o, Lənkəran rayonu, Parakənd kənd qəbristanlığında dəfn olunmuşdur. Sabiq əri X11 vəfat edərkən onun üçün ölüm haqqında şəhadətnamə götürülməmişdir. Sabiq əri X11 öldüyü üçün o, hazırda onunla birgə nikahlarından anadan olmuş uşaqlar üçün müavinət məsələsini həll etmək istəyir. Sabiq əri X6 yaxın qohumları bununla bağlı məhkəməyə müraciət etmək istəmədikləri üçün hazırki, ərizə ilə özü müraciət edir. Hazırda o, uşaqları üçün müavinət məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra sabiq əri X6 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində sabiq əri X11 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Ona görə də o, sabiq əri X6 ölüm faktını müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X13 göstərmişdir ki, mərhum X11 onun qardaşıdır. X19 25 yanvar 1982-ci ildə anadan olmuş, 07 iyun 2023-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X11 07 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Parakənd kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, mərhum X11 onun qohumu və qonşusudur. X19 25 yanvar 1982-ci ildə anadan olmuş, 07 iyun 2023-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X11 07 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Parakənd kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, mərhum X11 onun qonşusu olmuşdur. X19 25 yanvar 1982-ci ildə anadan olmuş, 07 iyun 2023-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X11 07 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Parakənd kəndinin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Lənkəran Rayon Hirkan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 №-li arayışından görünür ki, X1 qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Mərkəzi X12 X22 Sağlamlığı Mərkəzinin xx.xx.2024-cü il tarixli, 15 saylı arayışından görünür ki, Ərizəçi onun həyat yoldaşı mərhum X11 xx.xx.2023-cü il tarixində vəfat etmişdir və Lənkəran rayon Parakənd kənd qəbirstanlığında dəfn edilmişdir və “Hirkan” Ailə Sağlamlıq mərkəzinə ölüm şəhadətnaməsi almaq üçün müraciət etmədiyi üçün qeydiyyata alınmayıb. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1625/2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X11 ilə Ərizəçi Sərhəd qızı arasında Lənkəran rayonu, Hirkan icra nümayəndəliyində 14 yanvar 2009-cu il tarixdə 05 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində doğulmuşdur. X5, anası Ərizəçidır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2010-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X5, anası Ərizəçidır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin keçmiş əri xx.xx.1982-ci ildə doğulmuş X11 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Parakənd kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1982-ci ildə doğulmuş X6 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Parakənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə doğulmuş X6 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Parakənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3657/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3657/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver