Məhkəmə qərarları › İş №2(049)-372/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-372/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-372/2024 13.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1912-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X6 xx.xx.1947-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1964-cü il tarixdə ünvan 1 ünvanında doğulmuşdur. X4, anası isə X7r. Atasıyla anasının birgə nikahından 9 uşaqları xx.xx.1961-ci il təvəllüdlü Şahid2, xx.xx.1962-ci təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi, xx.xx.1966-cı il təvəllüdlü X15, xx.xx.1967-ci il təvəllüdlü X12, xx.xx.1970-ci il təvəllüdlü X20, xx.xx.1972-ci il təvəllüdlü X9, xx.xx.1974-cü il təvəllüdlü X16 və xx.xx.1978-ci il təvəllüdlü Şahid3 adlı uşaqları doğulmuşdur. X4 xx.xx.2000-ci il tarixdə, anası X11 isə xx.xx.2006-cı il tarixdə ölmüşdür. Həm atası, X14, həm də babası, yəni atasının atası X13 da ünvan 1 ünvanında doğulmuşlar. X3 XX.XX.1912-ci ildə doğlumuş, xx.xx.1947-ci ildə isə ölmüşdür. Lakin həmin dövrdə məhrum atasıgilin hüquqi savadı olmadığına görə babası üçün ölüm şəhadətnaməsi almamışlar. Çünki, babası ev şəraitində ölmüşdür. Ona görə də ölüm şəhadətnaməsi üçün müraciət etməmişlər. Babası xx.xx.1947-ci il tarixdə vəfat etmiş və onun cənazəsi Lənkəran şəhərindəki Kiçik bazar qəbristanlığında dəfn olunmuşdur. X2 ölən günə kimi mərhum atam X14 ilə birlikdə onun yanında yaşamışdır. Babasının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiyindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməyiblər. Maraqlı şəxsnə babasının ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsələr də, qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Lənkəran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran şəhər sakini X1 həyat yoldaşının X2 xx.xx.1947-ci ildə «Kiçik bazar» qəbiristanlığında dəfn olunmuşdur. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X10 şəhəri, A.M.Baba küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Lənkəran Rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Mollababa Axund küçəsində yaşamış 1912-ci il təvəllüdlü X19 tərəflərindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsindən görünür ki, X13 onun babasıdır. 1967-ci il təvəllüdlüdür. Babası isə 1947-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsində uyğun eyni məzmunlu ifadələr vermişlər. Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X6 1947-ci il iyun ayının 03-də Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, XX.XX.1912-ci il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X6 03 iyun 1947-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1912-ci il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X6 03 iyun 1947-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar