Məhkəmə qərarları › İş №2(049)-3826/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3826/2024

25.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3826/2024 25.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü tarixdə 1 X8 təşkilatında bağlanmış 002113 saylı barışıq sazişinin təsdiq edilməsi, qalıq 4 ay (720 manat) aliment borcunun və 101.0 manat dövlət rüsumunun ondan tutularaq Ərizəçi xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı mediasiyaya müraciət edib. Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə, 1 X8 təşkilatında razılığa gələrək 002113 saylı barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən hər ikisi nikahın ləğvinə razı olublar və Maraqlı şəxs birgə nikahılarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü övladları X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 180 manat sabit pul mələğındə alimentin ona ödənılməsinə bağlı öhdəlik götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 32(049)-1898/2024 saylı qətnaməsi ilə nikah qeydləri pozulmuşdur. Lakın o, sazişdən sonra cavabdeh cəmi 4 ay-mart, aprel, may və avqust aylarında aliment ödəmiş, iyun və iyul, həmçinin sentyabr və oktyabr aylarının alimentini ödəməmişdir. Ödənişi tələb etdikdə isə o, barışıq sazişinin məcburi olmadığını əsas gətirərək sazişin könüllü icrasından yayınmışdır. Hazırda cavabdehin saziş bağlandığı vaxtdan sonrakı dövr üçün 4 ay (720 manat) aliment borcu qalmaqdadır. Bu səbəbdən 100 manat dövlət rüsumu ödəyərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq Ərizəçi, Maraqlı şəxs ilə arasında xx.xx.2024-cü tarixdə mediasiya prosesində bağlanmış 002113 saylı barışıq sazişinin təsdiq edilməsi, ödənilməmiş qalan 4 ayın aliment borcunu və məhkəməyə müraciət etmək üçün ödədiyi 101 (bir yüz bir) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Ərizəçi teleqram vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, belə qənaətə glir ki, iddia tələbi qismən təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə 1 X8 təşkilatında bağlanmış 002113 saylı sayl barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 180 manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Ərizə tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəməkdən azaddırlar. Qanunvericiliyin qeyd edilən normasından belə müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Qeyd edilən səbəbdən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzini cavabdehdən tələb etməsi hissəsində iddia tələbi əsassız olduğundan həmin hissədə ərizə tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə ərizə tələbinin “ödənilməmiş qalan 4 ayın aliment borcunun ödənilməsi” hissəsinə münasibət bildirir ki, qeyd edilən məsələ barışıq sazişi ilə əlaqadar tərtib ediləcək icra sənədinin icrası mərhələsində həll edilməli olduğundan həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə 1 X8 təşkilatında bağlanmış 002113 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Ərizə tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar