Məhkəmə qərarları › İş №2(049)-384/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-384/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-384/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X19 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1958-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş əri X6 xx.xx.2014-cü il tarixdə Lənkəran rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini onunla əsaslandırılmışdır ki, əri X14 13 mart 1958-ci ildə Lənkəran rayonu, Biləsər kəndində doğulmuşdur. Onlar 22 aprel 1985-ci ildə ailə qurmuş və nikahları Lənkəran rayonu, X10 05 sayla qeydə alınmışdır. Uzun illər Rusiya Federasiyasında yaşadıqdan sonra 2008-ci ildə Lənkərana rayonuna qayıtmış və qaynına məxsus evdə yaşamışlar. Lənkərana qayıtdıqdan bir müddət sonra əri X14 2 gün koma vəziyyətində qaldıqdan sonra 13 aprel 2014-ci il tarixdə Lənkəran rayonu, Daştatük kəndində, qaynına məxsus evdə vəfat etmişdir. Həmin vaxt evdə özü, qızları, bacısı və bacısının ailəsi, həmçinin digər qohumları olmuşlar. Mərhum ərinin hüzr mərasimini keçirib, Lənkəran rayonu, Daştatük kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. Lakin hüquqi cəhətdən savadları olmadığına və qanunun tələblərini bilmədiklərinə görə o dövrdə mərhum əri X6 ölümünü VVADQ orqanlarında qeydiyyata aldırıb bu barədə «ölüm haqqında şəhadətnamə» almamışlar. Hazırda vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, ərinin ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində mərhum əri X14 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış da verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də mərhum əri X6 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Göstərdiyim xüsusatları ərizəsinə əlavə etdiyi sənədlərlə yanaşı, şahidləri X15, X4 və X2 də təsdiq edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində ərizəçi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını və məhkəmə baxışı iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1958-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X14 arasında nikah xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, X10 05 № ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra X7 “İbadova” soyadını qəbul etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X14 ilə ərizəçinin birgə nikahlarından xx.xx.1988-ci il tarixdə Gülər və xx.xx.1990-cı il tarixdə Könül adında iki uşaqları doğulmuşdur. Lənkəran rayonu Xanbulan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X14 xx.xx.2014-cü ildə Lənkəran rayonu, Daştatük kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-1345/2024 №-li arayışından görünür ki, X6 xx.xx.2014-cü ilə aid ölümün qeyd edilmə haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. “Lənkəran rayon Mərkəzi Xəstəxanası” PHŞ Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X24 oglunun ölüm faktı qeydə alınmamışdır. Qəbirin baş daşını əks etdirən fotoşəkildən görünür ki, həmin baş daşının üzərində “X24 oglu 13. İV. 1958 13. İV. 2014 ” yazılmışdır. Lənkəran Qeydiyyat şöbəsinin arayışından görünür ki, mərhum X24 oglunun anası X5 xx.xx.1984-cü ildə vəfat etmişdir. Məhkəmə hazırlıq iclasında şahid X11 bildirdi ki, ərizəçi onun əmisi arvadıdır. Rakif əmisi Rusiyada yaşamışdır. Sonra Azərbaycana qayıdıb Şakir əmisinin evində ailəsi ilə birlikdə yaşamışdır. Rakif əmisi xərcəng xəstəliyindən 2014-cü ilin aprel ayında vəfat etmiş və özü də onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə hazırlıq iclasında şahid X9 bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının əri Rakif 2014-cü ildə qardaşının evində vəfat etmiş və özü də onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə hazırlıq iclasında şahid X3 bildirdi ki, ərizəçi onun xalasıdır. Xalasının əri Rakif 10-11 il bundan əvvəl vəfat etmişdir. Həmin vaxt Rakifin valideynləri sağ olmamışlar. Məhkəmə hazırlıq iclasında şahid X15 bildirdi ki, ərizəçi onun anasıdır. Atası Rakif xərcəng xəstəsi olmuş və 2014-cü ildə, 13 aprel tarixində, Lənkəran rayonu, Daştatük kəndində, əmisi Şakirin evində vəfat etmişdir. Özü də həmin vaxt orada olmuşdur. Vərəsəliklə bağlı anası ilə mübahisəsi yoxdur. Atasının valideynləri atasından əvvəl vəfat etmişlər. Məhkəmə hazırlıq iclasında şahid X16 bildirdi ki, ərizəçi onun anasıdır. Atası Rakif xərcəng xəstəsi olmuş və 2014-cü ildə Lənkəran rayonu, Daşdatük kəndində, əmisi Şakirin evində vəfat etmişdir. Özü də həmin vaxt orada olmuşdur. Ondan başqa orada anası, bibisi və digər şəxslər olmuşlar. Atası Daştatük kənd qəbistanlığında dəfn olunmuşdur. Vərəsəliklə bağlı anası ilə mübahisəsi yoxdur. Atasının valideynləri atasından əvvəl vəfat etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki X6 xx.xx.2014-cü il tarixdə Lənkəran rayonu, Daştatük kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də ərizəçinin ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş X6 xx.xx.2014-cü il tarixdə Lənkəran rayonu, Daştatük kəndində ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş X6 xx.xx.2014cü il tarixdə Lənkəran rayonu, Daştatük kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar