Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3919/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 1960-cı il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində doğulmuş X4 02 yanvar 2015-ci il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində doğulmuşdur. Həyat yoldaşı X5 ilə xx.xx.1980-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Nikaha daxil olandan sonra həyat yoldaşı qızlıq soyadı, onun soyadına uyğun olaraq Qənbərova yazılmışdır. Birgə nikahılarından 4 uşaqları doğulmuşdur: X6, X3, X7 və X8. Uşaqların 4-ü də hal hazırda sağdırlar. Uşaqlarının ikisi Rusiyada, 2-si isə hazırda Lənkəran rayonunda yaşayırlar. Həyat X1 02 yanvar 2015-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş və onun cənazəsi Lənkəran rayonunun Şağlaküçə kənd qəbristanlığında dəfin olunmuşdur. X1 ölən günə kimi onunla birlikdə yaşamışdır. Həmin vaxt başları hüzr mərasiminə qarışdığından həyat yoldaşının ölümünə dair şəhədaətnamə almaq üçün Maraqlı şəxsnə vaxtında müraciət edə bilməyiblər. Yoldaşının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiklərindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməmişlər. Maraqlı şəxsnə yoldaşının ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəmə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımdır. Əlavə olaraq bildirir ki, yoldaşı Validə Qənbərova ailə üzvləri və yaxın qohumların iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum, ailə və qonşuları hamısı iştirak etmişlər. Yoldaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçin ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə qanunamüvafiq qaydada bildiriş göndərilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X10 arasında nikah xx.xx.1980-cı il tarixdə Maraqlı şəxsndə 37 sayla bağlanmış, nikah bağlandıqdan sonra arvada Hacıgil soyadı verilmişdir. Lənkəran rayonu, Şağlaküçə kənd Bələdiyyəsinin 425 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X10 02 yanvar 2015-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kənd qəbiristanlığına qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-922/2024 nömrəli məktubunda Hacıgil Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilmişdir. Həmçinin ərizəçiyə həyat yoldaşının ölüm faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Lənkəran rayon Mərkəzi Xəstəxanası xx.xx.2024-cü il tarixli arayışdan 18-1-58/3- 3990/2024 nömrəli məktubdan görünür ki, X4 adına Lənkəran rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəməyə sübut kimi təqdim edilmiş qəbirüstü abidənin fotoşəklindən görünür ki, abidədə “X10 xx.xx.1960 – xx.xx.2015” qeyd edilmişdir. AZE seriyalı 08705921 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 27 fevral 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatdadır. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma atasıdır. 27 fevral 1960-cı il təvəllüdlü X10 onun anası olmuşdur. Anası Validə xərçəng xəstəliyindən əziyyət çəkmişdir və ömrünün son 5 ilini həmin xəstəliklə əlaqadar müalicə olunmuşdur. Anası Validə onlarla birlikdə Lənkəran rayonu, Şağlaküçə kəndində yaşamışdır və onun bütün ehtiyaclarını onun ailə üzvləri ödəmişdir. Anasının heç kəslə düşmənçilik, ədavəti olmamışdır. Anası Validə 02 yanvar 2015-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində yaşadığı evdə vəfat etmişdir. Anası validə qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonunun Şağlaküçə kənd qəbiristanlığında dəfn edilmişdir. Başı yas mərasiminə qarışdığından, qanuni bilmədiklərindən və onlara lazım olmadığından anası üçün vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid X9 ifadəsində şahid X2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədi. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X4 ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1960-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 02 yanvar 2015-ci il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 02 yanvar 2015-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3919/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3919/2024
02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver