Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3935/2024 04.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş oğlu X3 xx.xx.2011-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, oğlu Əfqan xx.xx.2011-ci il tarixdə vəfat etmiş və Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığında babası X1 yerləşdiyi məzarında el adəti üzrə dəfn edilmişdir. Onun həmin tarixdə vəfat etməsini şahidləri X6, X9 və X2 təsdiq edərlər. Ölüm faktının müəyyən edilməsi, mirasın qəbul edilməsinə ilə əlaqədardır. Lənkəran Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 272/1 nömrəli arayışından görünür ki, oğlu həqiqətən də xx.xx.2011-ci il tarixdə Lənkəran şəhəri, “Böyük bazar” qəbiristanlığında dəfn olunmuşdur. Oğlu barəsində “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, onlar ölüm faktını tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı) ilə təsdiq edildiyini göstərərək onu verməkdən imtina etmişlər. Oğlu heç vaxt xəstə olmamış, cavan yaşında qəflətən vəfat etmişdir. Bu səbəblərdən həkimə ehtiyac olmadığı üçün təcili yardım və ya həkim xidmətindən istifadə olunmamışdır. Lənkəran rayon X5 Hüquqi Şəxsə ölüm faktının müəyyən edilməsi barədə edilən sonrakı müraciətlərə rədd cavabı verilmişdir.Hazırda ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Odur ki, ölüm faktını müəyyən edilməsi barədə ərizə ilə Lənkəran rayon Məhkəməsinə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Lənkəran şəhər İHB-nın Lənkəran şəhər 1 nömrəli sahə İƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Maraqlı şəxs arayışlarından görünür ki, ərizəçi Hüseynova (Səfərova) Nərminə Aslan qızı ilə X4 arasında nikah 26 № ilə 08 avqust 1975-ci il tarixdə rəsmiləşdirilmiş, onların birgə nikahlarından xx.xx.1979-cu il tarixdə X7 doğulmuş, X4 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Lənkəran Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 272/1 nömrəli arayışından görünür ki, X7 həqiqətən də xx.xx.2011-ci il tarixdə Lənkəran şəhəri, “Böyük bazar” qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs 10 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-10-1004/2024 №-li arayışından görünür ki, X3 xx.xx.2011-ci ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. “Lənkəran rayon Mərkəzi Xəstəxanası” PHŞ Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X14 oglu xx.xx.2011ci il tarixində vəfat etmiş və Lənkəran rayonunun “Böyük Bazar" qəbirstanlığında dəfn edilmişdir. Onun heç bir ölüm faktı qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il 5 saylı əmrinə əsasən ölüm hadisəsinin baş verməsindən 10 gündən çox keçməsinə görə ASM tərəfindən ölüm faktını qeyd edə bilmirlər. Qəbirlərin baş daşını əks etdirən fotoşəkillərdən görünür ki, həmin baş daşının üzərində “X14 oglu 24. Vİİİ. 1979 – 2011. 17. Vİİİ” yazılmışdır. Məhkəmə iclasında şahid X6 bildirdi ki, ərizəçi onun nənəsidir və Bakı şəhərində yaşasa da, iki aydan bir nənəsinə baş çəkir. Babasının adı Mahmud olub. Onların Ramin, Xəyal və Əfqan adında üç uşaqları olmuşdur. Ramin ilə Xəyal xarici ölkədə yaşayırlar. Əfqan isə vəfat etmişdir. Onun dəfnində özü də iştirak etmişdir. Əfqan babasının yanında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X9 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin üç uşağı olmuş, onlardan Əfqan 2010-cu ildən sonra vəfat etmiş və “Böyük Bazar” qəbirstanlığında dəfn olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki X3 xx.xx.2011-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Aydan Rüstəmovanın ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2011-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2011-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(049)-3935/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3935/2024
04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver