Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3937/2024 04.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X14, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş X9 04 oktyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda yuxarıda qeyd edilən ünvanda yaşayır. Oğlu X1 rayonun Göyşaban kəndində yaşadığı evin həyətində olan yarım tikilidə xx.xx.2024-ci il tarixdə özünü asaraq öldürmüşdür. Oğlu öldükdən sonra onun cənazəsi Lənkəran rayon Göyşaban kənd qəbristanlığında dəfn etmişlər. Oğlu vəfat edərkən onların başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o oğlunun azyaşlı övladları saxlanılmaları üçün ailə başçısının itirdiyinə görə sosial müavinət (pensiya) məsələsini həll etmək istəyir. Buna görə də ondan X6nun ölümü haqqında şəhadətnamə tələb etmişlər. Ona görə də o, X6 üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində X6 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də X6nun ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona oğlunun azyaşlı övladları saxlanılmaları üçün ailə başçısının itirdiyinə görə sosial müavinət (pensiya) məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edənn Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin mərhum oğlunun azyaşlı övladları saxlanılmaları üçün ailə başçısının itirdiyinə görə sosial müavinət (pensiya) məsələsini həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, ərizəçi onun atası, ölmüş şəxs isə qardaşıdır. Qardaşı ilə birlikdə Avrora şirkətində işləmişdir. 04 oktyabr 2024-cü il tarixdə səhər işə getmək istəyərkən, saat 08 radələrində qardaşının evdə özünü asmasını görmüşlər. Daha sonra təcili tibbi yardım, polis və prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Daha sonra qardaşının meyitini Lənkəran rayonu, Göyşaban kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, ərizəçi onun qayatası, ölmüş şəxs isə əridir. Onların birgə nikahdan iki uşaqları doğulmuşdur. Əri Avrora şirkətində işləmişdir. 04 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində ərinin evdə özünü asmasını görmüşlər. Daha sonra təcili tibbi yardım, polis və prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Daha sonra ərini Lənkəran rayonu, Göyşaban kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi dayısı qızının yoldaşıdır. Dayısı qızının oğlu Röyal 04 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində evdə özünü asmışdır. Daha sonra təcili tibbi yardım, polis və prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Daha sonra Röyalı Lənkəran rayonu, Göyşaban kənd qəbirstanlığında dəfn etmişlər. İ materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon prokurorluğunun 13 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, X9 ölməsi (özünü asması) faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 17 oktyar 2024-cü il tarixli məktubundan görünür ki, X9 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 441827 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə X1 rayonu Göyşaban kəndində doğulmuşdur. X4, atası Ərizəçidur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 314116 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-ci il tarixdə X2 rayonunda doğulmuşdur. X5, anası X7r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 536222 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X3 rayonunda doğulmuşdur. X5, anası X7r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 292095 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, görünür ki, X18 ilə X11 arasında nikah xx.xx.2018-ci il tarixdə Maraqlı şəxsndə 387 sayla rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Nəsirli, arvada Nəsirli soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 oktyabr 2024-cü il tarixli, Təcili və X8 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X18, “həkimə qədər ölüm, meyit” qeydi aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş17 oktyabr 2024-cü il tarixli, 12-17/616 nömrəli Lənkəran ŞİH-nin başçısının Göyşaban kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışından görünür ki, Lənkəran rayon Göyşaban kənd sakini X21 04 oktyabr 2024-cü ildə özünü asaraq intihar etmiş və Göyşaban qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbr daşının fotoşəlilləri əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X18 xx.xx.2024cü ildə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi və dəfn edilməsi cinayət işinin başlanması rədd edilməsi, şahidlərin ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X9 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 23 dekabr 1992-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş X18 04 oktyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçı Ərizəçi ərizəsi təmin edilsin. 23 dekabr 1992-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş X9 04 oktyabr 2024-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3937/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3937/2024
04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver