Məhkəmə qərarları › İş №2(049)-3960/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3960/2025

03.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3960/2025 03.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi , Ərizəçi və Maraqlı şəxs iştiraki ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-005513 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi, 100 manat ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs alınıb Ərizəçi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məsələsinin həll olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən mediasiya prosesindən keçməkdən ötrü 2024-cü ilin aprel ayında Lənkəran 1 saylı mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə aralarında MŞL/MT014/2023-005513 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ərizəçiyə verilməsi razılaşdırılmış və Maraqlı şəxs həmin aliment məbləğini hər ay ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür. Alimentin bu qaydada hesablanmasına xx.xx.2024-cü ildən başlanılmışdır. Saziş bağlandıqdan sonra Maraqlı şəxs həmin saziş üzrə alimenti 2024-cü ilin oktyabr ayına kimi ödəmiş, 2024-cü ilin oktyabr ayından hazırki vaxta kimi, yəni artıq 11 aydır ki, müvafiq barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, barışıq sazişinin tələblərinə əsasən alimenti maddi imkanı olduqca hissə-hissə ödəmişdir. 2025-ci ilin iyul ayından hazıradək isə maddi imkanı olmadığından alimenti ödəyə bilməmişdir. İddia tələbi ilə əlaqadar qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞL/MT014/2023-005513 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizə tələbi üzrə Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizə tələbi üzrə Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq, ərizəçiə ödənilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞL/MT014/2023-005513 saylı barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2024-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 150 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınıb Ərizəçi verilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar