Məhkəmə qərarları › İş №2(049)-4011/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4011/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4011/2024 09.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 dekabr 1965-ci il tarixdə anadan olmuş X5 28 avqust 2000-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1942-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə yuxarıda qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, 29 may 1962-ci il tarixdə Lerik rayon sakini X10 ilə ailə qurmuşdue. Onların birgə nikahılarından 8 övladıları dünyaya gəlmişdir. Onlardan 5-i oğlan, 3-ü isə qız uşaqları olmuşdur. Hələ həyat yoldaşı sağlığında 3 övladı üçün toy eləmişlər. Həyat yoldaşı X10 06 sentyabr 1999-cu il tarixdə uzun sürən xəstəlikdən vəfat etmişdir və onun üçün ölüm haqqında şəhadətnamə götürmüşlər. Təxminən bir il sonra 28 avqust 2000-ci il tarixdə isə qızı X7 vəfat etmiş və o, Lənkəran şəhərində yerləşən “Böyük bazar” qəbristanlığında dəfn olunmuşdur. Lakin o dövrdə başları hüzr mərasiminə qarışdığı və hüquqi savadıları olmadığı üçün mərhum qızları X7 vəfat edərkən onun üçün ölüm haqqında şəhadətnamə götürülməmişlər. Hazırda o, mərhum ərimdən miras qalmış əmlakın qəbulu ilə bağlı müvafiq sənədləri toplayandan sonra, mərhum qızı X5 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs arxivində mərhum qızı X7 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o, mərhum qızı X5 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, qızı X5 heç bir xəstəliyi olmamışdır. O, xalça sexində xalçaçı işləmişdir. 28 avqust 2000-ci il tarixdə, atasının il mərasimindən bir gün sonra evdə olarkən başında ağrılar olduğunu bildirmişdir. X19 Yardıma müraciət etmişlər və həkim gələnədək qızı Solmaz vəfat etmişdir. Lakin o dövrdə başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadıları olmadığı üçün mərhum qızları Solmaz vəfat edərkən onun üçün ölüm haqqında şəhadətnamə almamışlar. Qızının heç kəslə düşmənçilik, ədavəti olmamışdır. Ərizə tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Bələdiyyəsinin 255/02 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi qızı X7 xx.xx.2000-ciil tarixdə Lənkəran şəhəri, “Böyük bazar” qəbiristanlığına qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxsxx.xx.2024-cü il tarixli 3-16-5/8-10-1183/2024 nömrəli məktubunda Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, X7 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilmişdir. Həmçinin qızına ölüm faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. XVİİ seriyalı 565027 nömrəli sovet pasportunun surətindən görünür ki, X7 05 dekabr 1965-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur, Lənkəran şəhərində qeydiyyatdadır və Azərbaycan Respublikasının vətəndaşıdır. Ərizəmi Ərizəçi tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş qəbirüstü abidənin fotoşəklində “X7. xx.xx.1965 – xx.xx.2000” qeyd edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, X3 onun qonşusu və sinif yoldaşı olmuşdur. Solmaz Lənkəran şəhərində xalça sexində xalçaçı işləmişdir. Onun ciddi xəstəliyi olmamışdır. Heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Çox mehriban insan olmuşdur. Solmazın atası 1999-cu ildə vəfat etmişdir. Atasının il mərasiminin ertəsi günü 28 avqust 2000-ci il tarixdə Solmazın ölüm xəbərini eşitmişdir. Splmaz qohumların və qonşuların iştirakı ilə Lənkəran şəhəri, “Böyük bazar” qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahidlər X11 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisinin həyat yoldaşıdır. Əmisi qızı Solmaz xalça sexində işləyirdi, sakit insan idi və heç kəslə mübahisəsi olmamışdır. 28 avqust 2000-ci il tarixdə xəbər gəlmişdirki, Solmaz vəfat edib, gecə yatıb səhər ayilmayıb. Heç bir xəstəliyi də olmayıb. Onun dəfn və bütün yas mərasimlərində özü də iştirak etmişdir. X1 rayonu, “Böyük bazar” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahidlər X12 oğlu və X9 da ifadələrində şahid X2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədilər. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X7 ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 05 dekabr 1965-ci il tarixdə anadan olmuş X5 28 avqust 2000-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 dekabr 1965-ci il tarixdə anadan olmuş X5 28 avqust 2000-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar