Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-404/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X11, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “atalıq faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “atalıq faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, nəvəsi X12 13 may 2006-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuşdur. X2 xx.xx.2013-cüil tarixdə anası X14 xx.xx.2014-cü il tarixdə Masallı rayonunda Boradigah kəndində vəfat etmişlər. Cabbarova Tehranın ata anası olmadığı üçün o öz himayəsinə götürmüşdur. Hazırda nəvəsinə şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin atalıq faktı müəyyən olunmadığından ona qeydiyyat şöbəsində məhkəməyə müraciət etməsi bildirilmişdir. X5 xx.xx.2006 -ci il tarixdə doğulmuş X6 atası olduğunun etiraf olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması, ad, soyadnın X3 qeyd olunub doğum haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərərək göstərdi ki, nəvəsi bu il ali məktəbə qəbul olunmaq üçün imtahanlar verməlidir və bunun üçün şəxsiyyət vəsiqəsinin alınması mütləqdir. Ona görə də xx.xx.2006 -ci il tarixdə doğulmuş X6 atası olduğunun etiraf olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması, ad, soyadnın X3 qeyd olunub doğum haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş AZ –İ 791200 saylı nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X9 nikahı xx.xx.2012-ci il tarixdə 61 sayı akt ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 1451 nömrəli məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilmiş 23 may 2013-cü il tarixli, 630331 nömrəli Ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 18 mart 2013-cü il tarixdə kardiogen şok səbəbindən ölmüş və bu barədə xx.xx.2013-cü il tarixdə, 25 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş 22 iyul 2014-cü il tarixli, 690269 nömrəli Ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 11 iyul 2014-cü il tarixdə qaraciyər koması səbəbindən ölmüş və bu barədə xx.xx.2014-cü il tarixdə, 41 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş Masallı Rayon Qeydiyyat Şöbəsinin 12 oktyabr 2022-ci il tarixli 2786 nömrəli arayışından görünür ki, X16 13 may 2006-cı il tarixdə Masallı rayonu, Boradigah kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2006-cı il tarixdə Masallı rayon Boradigah ərazi nümayəndiiyində 123 nömrıli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası X10r. İş materiallarında olan və məhkəmədə elan edilmiş Masallı Rayon Qeydiyyat Şöbəsinin 12 oktyabr 2022-ci il tarixli 2786/1 nömrəli arayışından görünür ki, Masallı Rayon Qeydiyyat Şöbəsinin arxivində X16 haqqında atalıq haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının 27 avqust 2014-cü il tarixli 158 nömrəli sərəncamından görünür ki, xx.xx.2006cı il təvəllüldlü X1 şəhəri, İ.Babayev küçəsi, ev 8 ünvanında qeydiyyatda olan Ərizəçi qəyyumluğuna verilsin. Məhkəmə ərizəçini izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İşin göstərilən halları ərizəçinin izahatı və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar; Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Plenum qərarının 11.3-cü bəndində göstərilir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmə, ərizəni, əlavə edilmiş sənədləri araşdıraraq, habelə qanunvericiliyin göstərilən normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Göstərilənlər məhkəməyə mərhum X7 ərizəçi X8 atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməsinə əsas verir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 18 mart 2013-cü il tarixdə Masallı rayonu, Boradigah kəndində vəfat etmiş X7 13 may 2006-cı il təvəllüdlü X5 atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. 13 may 2006-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında X13 yazılsın. Hazırkı qətnamə qeyd edilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-404/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-404/2023
27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver