Məhkəmə qərarları › İş №2(049)-4057/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4057/2025

05.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4057/2025 05.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən keçirilmiş mediasiya sessiyasında onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00583 saylı barışıq sazişini göstərilən şərtlərlə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o cavabdeh Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları analarının yanında qalırlar. O, Maraqlı şəxs ilə Bakı şəhəri 18 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlayaraq, onunla Maraqlı şəxs arasında xx.xx.2017-ci ildə bağlanmış 21N-1İ reyestr qeydi ilə qeydə alınmış rəsmi nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına, birgə nikahdan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 anasının yanında qalmasına razılıq veriblər. Övladları xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin avqust ayından başlamaqla uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 15-dən 20-sinə qədər hər uşaq üçün 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində alimenti ona məxsus bank kartına köçürməklə ödəməyi Maraqlı şəxs öhdəlik götürməsi ilə bağlı razılığa gəlmişlər. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞB/18/2025- 00583 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq ilkin mediasiya (60 manat) və tam mediasiya xərcini (200 manat) Maraqlı şəxs ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram vasitəsi ilə məlumat göndərərək, himayəsində iki azyaşlı uşağın olması və xəstə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin dəlilləri ilə razı olduğunu bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00583 saylı barışıq sazişindən görünür ki, tərəflər - Ərizəçi və Maraqlı şəxs onlar arasında xx.xx.2017ci ildə bağlanmış 21N-1İ reyestr qeydi ilə qeydə alınmış rəsmi nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılaşmışlar. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 Ərizəçin Heyran qızının yanında saxlanılır. Maraqlı şəxs 2025-ci ilin avqust ayından başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 15-dən 20-ə qədər hər uşaq üçün 500 manat, iki uşağa cəmi 1000 manat məbləğində alimenti bank kartına köçürməklə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə maraqlı şəxsi dinləyib, işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişi mövcud olan şətlərə əsasən qismən təmin edilməlidir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Tərəflər barışıq sazişində nikahın məhkəmə qaydasında pozulması ilə bağlı razılığa gəlmişlər. Lakin hazırki halda nikah ailə qanunvericiliyinə əsasən məhkəmə qaydasında iddia icraatı şəklində məhkəməyə müraciət etməklə pozula bilər. Bu baxımdan məhkəmə hesab edir ki, nikahın pozulması istisna olmaq barışıq sazişi təsdiq edilməlidir. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanılmış, Ərizəçi ilə Maraqlı şəxs faktiki nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılması, ikinci tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 500 (beş yüz) manat olmaqla, hər ay iki uşağa görə cəmi 1000 (bir min) manat məbləğində alimentin 2025-ci ilin avqust ayından başlayaraq bank kartına köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00583 saylı barışıq sazişi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar