Məhkəmə qərarları › İş №2(049)-4071/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4071/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4071/2024 24.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 avqust 1994-cü il təvəllüdlü X5 30 sentyabr 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, onun oğlu X9 01 avqust 1994-cü ildə Lənkəran rayonun Zövlə kəndində anadan olub, 30 sentyabr 2024-cü ildə vəfat edib. O, Zövlə kənd ərazisində yerləşən qəbiristanlığında dəfn edilib. Onun dəfnində kənd sakinləri və qohumlar iştirak etmişdirlər. Oğlu Vüsal özünü asaraq intihar etmişdir. O, onun ölümündən çox təsirləndiklərindən indiyə qədər onun ölümü haqqında şəhadətnamə almamışdır. Oğlu Vüsal uzun müddət idi ki, Lənkəran Psixiatriya xəstəxanasında qeydiyyatda idi. X2 ilə ailəli olmuş və iki uşaq atası idi. Onun ölümü ilə bağlı Lənkəran rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Maraqlı şəxs 30 oktyabr 2024-cü il tarixli məktubundan da görünür ki, oğlu X8 dair ölüm akt qeydi şöbənin arxivində aşkar edilməyib. Zövlə Bələdiyyəsinin xx.xx.2024-cü il arayışından görünür ki, oğlu X1 qeydiyyatda olmuş və həmin kənd ərazisində yerləşən qəbirstanlığda dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, mərhum X9 onun qardaşıdır. X17 01 avqust 1994-cü il tarixdə doğulmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Zövlə kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, mərhum X9 onun qardaşıdır. X17 01 avqust 1994-cü il tarixdə doğulmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Zövlə kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X12 göstərmişdir ki, mərhum X9 onun oğludur. X17 01 avqust 1994-cü il tarixdə doğulmuş, 12 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 12 dekabr 1985-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu, Zövlə kəndinin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-1214/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1994-cü ildə anadan olmuş X9 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın Zövlə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, X9 xx.xx.2024-ci il tarixdə vəfat etmiş, Zövlə kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin oğlu xx.xx.1994-cı ildə doğulmuş X9 xx.xx.2024-ci il tarixdə Lənkəran rayonu, Zövlə kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1994-cı ildə doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 avqust 1994-cü il təvəllüdlü X5 30 sentyabr 2024-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar