Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4075/2025 06.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanılmış MŞL/MT014/2025-00650 saylı barışı sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 1500 manat (bir min beş yüz) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,ərizəçi Maraqlı şəxs 1500 manat borc pul vermişdir. Maraqlı şəxs həmin vəsaiti hər ay 100 manat ödəmək şərti ilə ərizəçiyə qaytarmalı idi. Bu məsələ ilə bağlı xx.xx.2025-ci il tarixində Maraqlı şəxs ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatında MŞL/MT014/2025-00650 saylı saziş bağlanmışdır. Maraqlı şəxs 1500 manat pul ödənişini 10 iyul 2025-ci il tarixdən başlayaraq ərizəçiyə qaytarmalı idi. Lakin bu günə kimi heç bir vəsaiti ona qaytarmamışdır və qalıq borc olan 1500 manat olduğu kimi qalmaqdadır. Maraqlı şəxs ilə dəfələrlə aralarında ödəniş olunması ilə bağlı danışıqlar olsa da, müəyyən vaxta kimi ödəniş etməyə vədlər versədə lakin, bu günə kimi heç bir ödənişi etməmişdir. Odur ki, Maraqlı şəxs 1500 manat məbləğini könüllü qaydada qaytarmadığı üçün həmin pulu ondan tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞL/MT014/2025-00650 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs və Ərizəçi bu sazişi imzalamaqla Maraqlı şəxs 1500 manat borcunu hissəli şəkildə ödənilməsi barədə razılaşıblar. Maraqlı şəxs bu sazişi imzalamaqla 15OO manat borcu hər ay 100 manat olmaqla 15 ay müddətində Ərizəçi qaytarmağı öhdəsinə götürmüşdür. O, aylıq 100 manat ödəniləcək pulu hər ayın 10-da gün ərzində Ərizəçi kart hesabına ödəyəcəyinə, pulu təyin edilmiş gündə ödəmədiyi halda bu öhdəliyin pozulması halı kimi qiymətləndiriləcəyinə və qalıq qalan məbləğin tam şəkildə Ərizəçi qaytaracağına öhdəsinə götürmüşdür. Tərəflər Pul öhdəliyin icrasına16 iyul 2025-ci ildən başlanmasına razılaşıblar. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizə tələbi üzrə Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizə tələbi üzrə Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq, ərizəçiə ödənilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞL/MT014/2025-00650 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 1.500 manat pul vəsaiti Ərizəçi xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınıb Ərizəçi verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4075/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4075/2025
06.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver