Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4083/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə 06 noyabr 2024-cü il tarixdə baxaraq, müəyyən etdim : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024-0308 nömrəliu barışıq sazişinin təqsiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin tələbi qiymətləndirlməyən iddia hesab edildiyindən, buna görə məhkəməyə 100 manat dövlət rüsumu ödənilməlidir. Lakin o, cəmi 50 manat ödəmişdir. Onun ərizəsindən görünür ki, o, Mediasiya Şurasına da 60 manat ödəmişdir. Lakin həmin məbləğ dövlət rüsumuna aid edilmir. Belə ki, həmin rüsum Mediasiya sesiyasında iştiraka görə deyil, Barışıq sazişinin bağlanmasına görə ödənilmişdir. Azərbaycan Respublikasının «X3» Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirlməyən iddialara görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Ərizəçi məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, o, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 154276 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Onun tərəfindən xx.xx.2024-cü il tarixli 154276 nömrəli nömrəli qəbzlə ödənilmiş 50 manat dövlət rüsumu qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-4083/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4083/2024
06.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver