Məhkəmə qərarları › İş №2(049)-4163/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4163/2025

22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4163/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X22 Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 mart 1986-cı il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş X5nun 12 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlər zamanı Rusiya Federasiyasının Donetskiy Xalq Respublikası Krasnoarmeyskiy rayonu, Novovasilevka kəndində gedən döyüşlərdə həlak olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində anadan olub və hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Ruslan Camalov onun doğma oğludur. Oğlu X3 Federasiyasına getmiş, orada 16 dekabr 2024-cü il tarixdə Rusiya Federasiyasının Novosibirsk şəhər kontrakt üzrə hərbi xidmətə yığım bölüyü ilə müqavilə bağlamışdır. Bundan sonra oğlu X23 Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlərə cəlb edilmişdir. X27 12 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlər zamanı Rusiya Federasiyasının Donetskiy Xalq Respublikası Krasnoarmeyskiy rayonu, Novovasilevka kəndində gedən döyüşlərdə həlak olmuşdur. Bundan sonra o həmin yerə gedərək X24n cənazəsini Azərbaycana gətirərək xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu. Daşdatük kəndində dəfn edib. X24 dəfn etdikdən sonra onun üçün ölüm haqqında şəhadətnamə götürmək istəyəndə o, yuxarıda qeyd etdiyi kimi Ukrayna Respublikası arasında gedən döyüşlər zamanı Rusiya Federasiyasının Donetskiy Xalq Respublikası Krasnoarmeyskiy rayonu, Novovasilevka kəndində gedən döyüşlərdə həlak olduğu üçün bəzi zəruri sənədlər çatışmadığından bu mümkün olmamışdır. Hazırda o müvafiq sənədləri Maraqlı şəxsnə təqdim edib ki, X24n ölüm faktının qeyd olunması barədə və onun adma müvafiq olaraq ölüm haqqında şəhadətnamə alsın. Maraqlı şəxs bəzi zəruri sənədlər çatışmadığından X24n ölüm faktını qeydə almaqdan imtina edərək və bu barədə ona arayış verərək bu faktın ancaq məhkəmə qətnaməsi əsasında müəyyən edildikdən sonra mümkün olmasını qeyd etmişdir. Beləliklə də, qeydiyyat şöbəsi bununla bağlı məhkəməyə müraciət etməyimi tövsiyyə etdilər. Ona görə də o X24n 12 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlər zamanı Rusiya Federasiyasının Donetskiy Xalq Respublikası Krasnoarmeyskiy rayonu, Novovasilevka kəndində gedən döyüşlərdə həlak olması faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Qeyd olunan faktın müəyyən edilməsi ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, mərhum X5nun ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizəsi ilə məhkəməyə müraciət edib. Ərizəsi verərkən məhkəmədən 27 mart 1986-cı il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş X5nun 12 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlər zamanı Rusiya Federasiyasının Donetskiy Xalq Respublikası Krasnoarmeyskiy rayonu, Novovasilevka kəndində gedən döyüşlərdə həlak olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Hazırda iddia tələbində Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələbinə əsasən dəqiqləşdirmə apararaq, məhkəmədən xahiş edir ki, 27 mart 1986-cı il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş X5nun 12 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlər zamanı həlak olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 bildirmişdir ki, mərhum X12 onun doğma əmisi oğludur. Ruslanla sonuncu dəfə o 2025-ci ilin yanvar ayının əvvəllərində ölümdündən 2-3 gün əvvəl danışmışdır. Əmisi oğlu ona döyüşə getdiklərini bildirmişdir. Bundan sonra onunla əlaqə saxlaya bilməmişlər. Əmisi Balayarla birgə Ruslanın dalınca Rusiya Federasiyasının Rostov şəhərinə getmişlər. Lakin həmin zaman Ruslanın meyitini tapa bilməyib geri qayıtmışlar. Bundan bir ay sonra Rusiya Federasiyasından onlara zəng gəlmiş və Ruslanın meyitinin tapılması bildirilmişdir. Yenə Rusiya Federasiyasına getmişlər. Meyit qalıqları onlara göstərilmiş və mərhumun nəşini tamışlar. Orada işləyən müstəntiqlər meyiti özlərinin göndərəcəklərini bildmişlər. Meyit təyyarə ilə Bakı şəhərinə gööndərilmiş və mərhumun nəşini yaşadıqları Lənkəran rayonu Daşdatük kəndinə gətirib yas mərasimi keçirib dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X16 bildirmişdir ki, mərhum Ruslan Camalovla həmkəndildirlər. Ruslan Rusiaya Federasiyası və Ukrayna Republikası arasında gedən döyüşlər zamanı Ukrayna Respublikası ərazisində həlak olmuşdur. Mərhumun nəşini Bakı şəhərinə gedərək hava limanından götürüb Lənkəran rayonu Daşdatük kəndinə gətirib yas mərasimi keçirib dəfn etmişlər. Mərhum subay olmuşdur. X7 ölüm faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X18 bildirmişdir ki, X1 Federasiyası və Ukrayna Republikası arasında gedən döyüşlər zamanı Ukrayna Respublikası ərazisində həlak olmuşdur. Mərhumun üçün keçirilən yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Hirkan-Xanbulan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayon Daşdatük kənd sakini Ərizəçi onun məhrum oğlu X2 ilə Ukrayna arasında gedən müharibə zamanı X6 Xalq Respublikası Krasnoarmeskiy rayonu Novovasilevka kəndində gedən döyüşlərdə olmuşdur və Azərbaycan Respublikası Lənkəran rayonu Daşdatük kəndində xx.xx.2025-ci il tarixində onların iştiraklarıyla dəfn edilmişdir Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 mart 1986-cı il tarixdə Lənkəran rayonu Daşdatük kəndində doğulmuşdur. X9, atası Ərizəçidur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1997-ci tarixdə ölmüşdür. Rusiya Federasiyası Müdafiə Nazirliyi, N saylı hərbi hissə və digər qrumlar tərəfindən verilmiş sənədlərdən görünür ki, X12 xx.xx.2025-ci il tarixdə xəbərsiz itkin düşmüş, onunla sonuncu dəfə xx.xx.2025-ci il tarixdə əlaqə saxlanılmış, ölüm vaxtı xx.xx.2025-ci il tarixdə qeydə alınmış, nəşi Azərbaycan Respublikasına göndərilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0079 kod 80208038 №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 01 oktyabr 1998-ci il tarixli, 01 saylı qərarına əsasən Lənkəran rayonu, Daşdatük kəndində yerləşən 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi, X12, X8, X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X7 2025-ci il yanvar ayının 12-da Rusiya Federasiyası və Ukrayna Respublikası arasında tanınmamış Donetsk Xalq Respublikası, Krasnoarmeyski rayonu, Novovasilyevka yaşayış məntəqəsində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 27 mart 1986-cı il təvəllüdlü Lənkəran rayonu Daşdatük kəndində doğulmuş X7 12 yanvar 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 mart 1986-cı ildə Lənkəran rayonu Daşdatük kəndində doğulmuş X7 Rusiya Federasiyası və Ukrayna Respublikası arasında aparılan müharibə zamanı 12 yanvar 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar